Arxiv
9 İyun 2020, 09:43 | REPORTAJ
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX

Bu gün dünya şöhrətli müğənninin anım günüdür.

Modern.az-ın məlumatına görə, 1915-ci il dekabrın 14-də məşhur şuşalı xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmiş Rəşid Behbudov 1989-cu il iyunun 9-da müəmmalı şəkildə dünyasını dəyişib.

O zamandan bəri müğənninin ölümü ilə bağlı bir neçə versiya dolaşır. Əsas ehtimal isə onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlıdır. Belə ki, o zaman özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.


1988-1989-ci illərdə Dağlıq Qarabağ problemli başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə SSRİ prezidenti Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bunu Rəşid Behbudovun həyat yoldaşı da təsdiq edib. Rəşid Behbudov xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər.

Qeyd edək ki, müğənninin ölümü ilə bağlı teleməkanda ilk dəfə "Ölümdən 24 saat əvvəl" verilişində geniş araşdırma aparılıb.

Modern.az saytı Hindistan səfəri zamanı Rəşid Behbudovun yanında olmuş tanınmış müğənni, xalq artisti Bilal Əliyevlə bu mövzuda söhbət edib. Bilal Əliyev bizə açıqlamada kasetlə bağlı maraqlı detaldan danışıb:

“1988-ci il idi. O zaman Rəşid müəllimlə birlikdə rəhbərlik etdiyi Mahnı Teatrının üzvləri bir ay Hindistanda səfərdə olduq. Bizə Ravi adlı hindistanlı tərcüməçi də vermişdilər. Rus-ingilis dilləri arasında tərcümanlıq edirdi. Dəqiq yadımda deyil, ya Mədrəsə, ya da Kəlküttə şəhərinə gedən zaman bir kəndin yanından ötəndə Ravi dedi ki, “burada siz tərəfdən bir nəfər dəfn edilib. Adı Stepan Şaumyandır, uzun müddət burada yaşayıb və 10 il bundan qabaq rəhmətə gedib”.

Rəşid müəllim o zaman istəmədi ki, qastrol heyətinin əhvalı korlansın, bununla bağlı söz-söhbət yaransın. Ona görə də bu söhbəti ikilikdə etmək istədi. Çünki o, həm də Ali Sovetin deputatı idi. Rəşid müəllim həmişə elə bilib ki, mən rus dilini bilmirəm. Çünki başa düşsəm də, yaxşı danışa bilmədiyim üçün Rəşid müəllimin yanında rusca bir kəlmə də kəsmirdim. Ona görə də uşaqların hamısı durub gedəndə məni ayağa qalxmağa qoymadı. Dedi, “Bilalçik sən otur”. Sonra tərcüməçiyə tərəf dönüb dedi ki, “bu oğlan rusca heç nə bilmir, sən məni başa sal ki, bu nə məsələdir? Nə Şaumyan, nə dəfn, nə məzar?!”.  Ravi dedi ki, “bəli, Şaumyan burada yaşayıb və burada da dəfn olunub. Mən hətta onun dəfnində də iştirak etmişəm”.

Onda Rəşid müəllim soruşdu ki, “həmin dəfnlə bağlı kaseti görə bilərəm?”. Ravi dedi ki, “bəli, Bombeyə qayıdım, lazımı adamlarla danışım, sonra sizə kaseti verərəm”. Mənim yanımda olan söhbət bu qədər olub”.


Bilal Əliyevin yanında söhbətin yalnız bir hissəsi olub. Amma həmin şəxs vasitəsilə Rəşid Behbudova kaset verilib. Xüsusi nüfuz sahibi olan müğənni o zaman Moskvaya gedərək, həmin kaseti Qorbaçova fakt kimi təqdim edib. Çünki bu kaset rus-erməni işbirliyinin və Şaumyanın güllələnməməsinin bir sübutu idi. Hər şey də bundan sonra başlayıb:

Bilal Əliyev: “Sonradan Bakıya qayıdanda maraqlı bir söhbətin şahidi oldum. Yəni o vaxt insanların danışdıqlarını indi sizə açıqlayıram. O zaman deyirdilər ki, Rəşid Behbudov Hindistandan bir kaset gətirib və Qorbaçovla görüşəndə ona təqdim edib. Ondan sonra mübahisə düşüb və Rəşid Behbudovu SSRİ Ali Sovetindən uzaqlaşdırıblar. Onda mən barmağımı dişlədim ki, aha, sən demə, söhbət həmin kasetdən gedirmiş”.


Bu kasetə əslində sonun başlanğıcı da demək olar. Ondan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Bilal Əliyev bu barədə ətraflı danışıb:


“Rəşid Behbudov haqqında nə istəsəniz məndən soruşun. Çünki mən ona övladı qədər yaxın idim. Biz bilirdik ki, onun səhhətində, xüsusən də böyrəklərində problemlər var. Hətta özü ikilikdə mənə demişdi ki, onun sidik kisəsində də hansısa problem var. Amma son hadisələr, Ali Sovetdən uzaqlaşdırılması, başqa deputatların yanında aşağılanması ona pis təsir etdi. Ondan sonra xəstə yatdı. Həyat yoldaşı Ceyran xanım, bir də teatrın o zamankı direktor müavini Eduard gəlib onun səhhəti barəsində danışırdılar. Onların danışığından eşitdik ki, Rəşid müəllimi o zaman Moskvada xüsusi tibbi komissiyaya da qoymayıblar. Hərçənd ki, Rəşid müəllim həmişə ora gedirdi. Ceyran xanımın bəzi müraciətlərindən sonra bu qadağa aradan qaldırıldı. Sonra çağırdılar. Bəlkə də bu çağırışda xüsusi planları olub, onu mən deyə bilmərəm”.

Elə bu çağırış Rəşid Behbudovun Moskvaya, ümumiyyətlə, bu dünyadakı hansısa bir şəhərə sonuncu səfəri olub: “Ceyran xanım və Eduard bu haqda  danışırdılar. Mən də onlardan eşitmişəm. Deyirdilər ki, “biz Rəşid müəllimin olduğu palatanın qapısının azında gözləyirdik. Qəfildən, gözləmədiyimiz halda tibb bacısı çölə çıxıb dedi ki, “Rəşid Behbudov dünyasını dəyişib”. Biz şok olduq. Tez içəri girdik. Gördük ki, sistem-filan, nə varsa hamısını çıxarıblar. Səs-küy salıb dedik nə ixtiyarınız var ki, sistemi çıxarasınız”. Onlara da yalandan deyiblər ki, guya, Rəşid müəllim yerində çapalayanda sistem çıxıb”.

Söhbətin bu yerində müğənniyə “Bilal müəllim, belə söhbət də var ki, Rəşid Behbudovun özü xanımına deyibmiş ki, o kasetdən və Qorbaçovla mübahisədən sonra onu aradan götürəcəklər. Bu haqda nə bilirsiniz” sualını verdik.

Xalq artistinin cavabı belə oldu:

“Mən o zaman başqa yerdə olmuşam. Rəşid Behbudov dünyasını dəyişəndə Naxçıvanda toyda idim. O zaman Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Fəttah Heydərovun müavini Sveta xanım mənə yaxınlaşaraq dedi ki, “bir xəbər deyəcəyəm, amma toxtaq ol, Rəşid müəllim rəhmətə getdi”. Diz üstə çökərək ağladım. Toy da yarımçıq qaldı. Məni Bakıya yola saldılar. O zaman vəziyyət başqa cür idi. Əbdürrəhman Vəzirov ölkəyə rəhbərlik edirdi. Amma onu deyim ki, dəfn pis təşkil olunmadı. Vəzirovun özü də ora gəlmişdi.

Rəşid müəllimin çox arzusu ürəyində qaldı. Məsələn, mənə deyirdi, “bunlara, yəni rəhbərliyə çox deyirəm ki, yoldaşım məndən cavandır, qoy məndən sonra Mahnı Teatrına o rəhbərlik etsin. Çünki dünyada ilk Mahnı Teatrını mən yaratmışam və xanımın bu zaman yanımda olub. Teatrın bütün işlərini bilir”. Amma ona imkan vermədilər. Çox söz-söhbətlər oldu. Bunları mənə Rəşid müəllim danışıb. Mən də danışım ki, el-oba, xalq bunlardan xəbərdar olsun”.

Dünya şöhrətli müğənninin ölümü bu gün də müxtəlif səbəblərlə izah edilir. Amma əsas səbəb kimi yuxarıda danışılan detal göstərilir. Bir neçə il bundan qabaq AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da çıxışında müğənninin ölümünü Şaumyanla bağlı olan məsələlərin izini silməklə əlaqələndirmişdi:

Onun dediyinə görə, bu faktla bağlı əsas məqamlardan biri sovet hökumətinin liderlərindən olan Anastas Mikoyanın Stepan Şaumyanla bağlı izi itirməyə çalışmasıdır: “Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmadığını deyiblər. Guya, onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib. Guya, bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən “26-lar” sırasında Şaumyan olmayıb”.

Yaqub Mahmudovun sözlərinə görə, sovet dövründə turizm xətti ilə Hindistana gedən şəxslərdən Stepan Şaumyanın Hindistanda qaldığı evlərdə olanlar da var.


Elmin NURİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55 Jurnalist ÖLDÜRÜLDÜ 3 Avqust 2020, 09:46 Ermənilər yenidən kəndlərimizi atəşə tutdular - Müdafiə Nazirliyi 3 Avqust 2020, 09:20