Modern.az

3-cü Dünya Müharibəsi astanada - ABŞ əsgərləri Rusiya sərhəddinə gətirilir

3-cü Dünya Müharibəsi astanada - ABŞ əsgərləri Rusiya sərhəddinə gətirilir

Dünya

10 Fevral 2016, 11:26

NATO Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə 500-1000 nəfərlik batalyonlar göndərir.

Modern.az saytı xəbər verir ki, Britaniya KİV-ləri həmin qüvvələrin Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan və Rumıniyaya yerləşdiriləcəyini yazır. Məqsəd Rusiyanın “Ukrayna stilində yeni münaqişə ocağı yaratmaq istədiyi halda alyansın ona cavab verəcəyini” sərgiləməkdir.

Məlumata görə, Rusiya ilə sərhədboyu yerləşdiriləcək qüvvələrdə amerikalı, alman və ingilis əsgərləri xidmət edəcək.

Britaniya jurnalistləri Rusiyanın Şərqi və Mərkəzi Avropa ölkələrinə qarşı yeni hibrid müharibəsi aparmasına qarşı atılan bu addım Brüssel və Moskva arasında münasibətləri gərginləşdirə bilər.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!