Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi imtahanın nəticəsini müzakirə edəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi imtahanın nəticəsini müzakirə edəcək

Təhsil

16 May 2011, 12:02

Məlum olduğu kimi, aprelin 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxt məktəblərinin IV  və V siniflərində riyaziyyat fənnindən test yoxlaması aparılıb. Həmin yoxlamanın nəticələri BŞTİ- dəki optik cihaz vasitəsilə yoxlanılaraq müəyyənləşib və məktəblərə təqdim edilib.
BŞTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yaxın günlərdə test yoxlamasının nəticələri idarənin Təhsil Şurasının (TŞ) iclasında müzakirə ediləcək.
Qeyd edək ki, araşdırma zamanı şagird və müəllimlərə ünvanlanan məntiqlə bağlı suallara verilən cavablar xüsusi diqqət mərkəzində olub. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...