“Vətəni tanı” Ümumrespublika Kampaniyası bu dəfə Zərdabda keçirilib. Zərdablı gənclər arasında baş tutan seçim turuna rayonun 150-dək gənci qatılıb. Rayon Təhsil şöbəsi, Gənclər və idman idarəsinin əməkdaşları, müəlllimlər və rayon ziyalılarının qatıldığı tədbirin açılış mərasimində layihənin məqsəd və vəzifələri barədə Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Orxan Əli məlumat verib. Çıxış edənlər bildiriblər ki, gənclərin inkişafı üçün bu layihə çox əhəmiyyətlidir.
Zərdablı gənclər layihəyə böyük maraq göstəriblər. Ciddi mübarizə şəraitində keçən kampaniyada iki qalib müəyyənləşib. Onlar respublika turuna vəsiqə qazanıblar.
Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.



Mail Ağaxanov