Modern.az

Medvedev Ermənistan prezidentini “avtoritet” adlandırdı

Medvedev Ermənistan prezidentini “avtoritet” adlandırdı

Təhsil

30 İyun 2011, 14:41

Ermənistan prezidenti Serj Sərksiyan rusiyalı həmkarı Dimitiri Medvedevlə bu günkü telefon danışığı zamanı Kazanda keçirilən görüşü “məzmunlu və konstruktiv” adlandırıb və buna görə Rusiya prezidentinə təşəkkür edib. 
Modern.az  Rusiya prezidentini rəsmi sayıtna istinadən bildirir ki, Dimitri Medvedevin  Ermənistan prezidenti Serj Sərkisyanın ad günü münasibəti ilə ona göndərdiyi təbrikdə  Kremlin sahibi erməni həmkarının ünvanına tərif yağdırıb.

Sərkisyanı “Ermənistanın dünya arenasında mövqeyinin güclənməsindəki roluna” görə tərifləyən Medvedev onu “avtoritetli lider” adlandırıb. 
“Ölkənizin sabit inkişafı sizin nüfuzlu siyasətçi reputasiyasınızı yaradıb”-deyə məktubda qeyd edilib.

Medvedev həmçinin yazıb ki, erməni həmkarının onunla saxladığı “müntəzəm və məhsuldar əlaqələri qiymətləndirir”.
“Bu əlaqələr regionun gündəmində olan məsələlərinin konstruktiv müzakirəsinə imkan verir”-deyə Medvedyev qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!