Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu (BVF) arasında əməkdaşlıq Kristin Laqardın fonda rəhbərliyi dövründə hazırkı səviyyədə davam etdiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.
Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası çərşənbə axşamı Fransanın iqtisadiyyat və maliyyə naziri Kristian Laqardı BVF-in rəhbəri postuna təyin edib.
"Azərbaycan Laqardın namizədliyini hələ BVF-in sərəncamçı direktoru postuna seçkilər dövründə dəstəkləyib, - Piriyev bildirib. - Və biz bu gün onun bu vəzifəyə təyin olunmasını alqışlayırıq".
Azərbaycan hökuməti bütün maliyyə institutları, o cümlədən BVF ilə səmərəli əməkdaşlıq edir və "hesab edir ki, əməkdaşlıq yeni rəhbərlik dövründə hazırki səviyyədə davam etdiriləcək".
BVF-in Azərbaycandakı daimi nümayəndəliyi 1993-cü ildən fəaliyyət göstərir. Lakin hökumətlə əməkdaşlıq 1992-ci ildə başlayıb. Lakin 2009-cu ilin yayında fond ofisini saxlayaraq Azərbaycandakı nümayəndəliyini bağlamaq barədə qərar qəbul edib. Bu fondun kredit proqramlarını həyata keçirmədiyi ölkələrdə xərclərinin azaldılması ilə əlaqədardır. Beynəlxalq təşkilat ölkəni maliyyələşdirməyə 1995-ci ildə başalyıb. Bu günədək BVF Azərbaycana altı proqram çərçivəsində kreditlər ayırıb. Azərbaycan əvvəllər fonddan götürdüyü borcları 2013-cü ilədək ödəyəcək.
Artıq altı ildir ki, Azərbaycan hökuməti BVF ilə məsləhətləşmələr səviyyəsində əməkdaşlıq edir.
"Hazırda Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məlumat mübadiləsi konsultativ xarakter daşıyır, - MN-in mətbuat katibi deyib. - Bu gün Azərbaycanın iqtisadi inkişaf göstəriciləri artır ki, bu da öklənin BVF-dən borc götürməməsinə imkan verir".
BVF-ə adətən ödəniş balansında kəsiri olan ölkələr müraciət edirlər. 2011-ci ilin yanvar-mart ayları üzrə Azərbaycanın ödəniş balansında cari əməliyyat hesablarının profisiti 4,8 milyard dollar təşkil edib, 2010-cu ilin yekunları üzrə isə 15 milyard dollara çatıb.
BVF-in sərəncamçı direktoru postu adı cinsi qalmaqalda hallanan və bununla əlaqədar barəsində cinayət işi qaldırılan Dominik Stross-Kanın istefasından sonra boş qalıb. Fondun rəhbəri postuna iki nəfərin - Laqardın və Meksika Mərkəzi Bankının rəhbəri Avqustin Kartensin namizədliyi irəli sürülmüşdü.
Ötən həftə Direktorlar Şurasının üzvləri namizədlərdə söhbət aparıblar. Çərşənbə axşamı onların qarşısında Meksika Mərkəzi Bankının rəhbəri Avqustin Kartens, çərşənbə günü isə Laqard çıxış edib.
Post uğrunda mübarizədə məhz Laqard favorit hesab edilirdi. Karstensin uğur qazanmaq şansları yüksək qiymətləndirilmirdi. Yaranmış ənənəyə görə, Dünya Bankına amerikalılar, BVF-ə isə avropalılar rəhbərlik edir.
BVF-in sərəncamçı direktorunun seçimi çoxpilləli prosedir. Onun əsas çətinliyi ondan ibarətdir ki, fondun "əsas qanunu" - BVF sazişinin maddələri seçim prosesinin özünü reqlamentləşdirmir. Yaranmış praktikaya görə, əvvəlcə səhmdar ölkələr məsləhətləşmələr aparırlar, onların gedişində öz namizədlərini irəli sürürlər.
Məsləhətləşmələrin məqsədi kompromis fiquru tapmaqdır. Namizəd müəyyən edildikdən sonra təmsil etdikləri ölkənin çəkisindən asılı olaraq, fondun icraçı direktorları müəyyən miqdarda səsə yiyələnərək razılaşdırılmış namizədə səs verirlər.
Modern.az