Modern.az

Amerika tarixində ilk dəfə Qarabağa aid poçt markaları çap edilib

Amerika tarixində ilk dəfə Qarabağa aid poçt markaları çap edilib

Təhsil

30 İyun 2011, 15:38

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Amerika tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib. Satış üçün nəzərdə tutulan bu poçt markaları  Qarabağ: "Keçmişə və Gələcəyə Baxış" layihəsinin bir hissəsidir.

Fonddan Modern.az-a bildirilib ki, markaların üzərində Qarabağın tarixi abidələri, qədim Alban kilisələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları ABŞ-ın tanınmış marka kolleksionerlərinə də hədiyyə olaraq təqdim edəcək. Markaları əldə istmək hər kəs Qarabağ Fondunun internet saytındakı onlayn mağazadan bu link vasitəsi ilə sifariş verə bilər: //www.karabakhfoundation.org/pages/shop/karabakh-stamps/. 

Markaların satışından əldə olunan gəlir Qarabağ Fondunun mədəni layihələrini həyata keçirmək üçün sərf olunacaq.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər