Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono ilə görüşüb.
Şuradan Modern.az-a bildirilib ki, O.Noroyono təmsil etdiyi bankın nəzdində QHT-lərlə işləyən xüsusi qurumun yaradıldığını və Azərbaycan QHT sektoru ilə gələcək əməkdaşlıq üçün bir sıra məlumatlar əldə etmək istədiyini deyib.
A.Quliyev Şuranın fəaliyyəti və ölkə QHT-lərinə dövlət dəstəyi haqqında danışaraq, Azərbaycan QHT sektorunun son illər əldə etdiyi uğurlar haqqında geniş məlumat verib.
Görüşdə Şura və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq üçün təmasların və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Modern.az