Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Modern.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Prokurorluğunun Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh olunmasına dair sorğusuna baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarııb.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 12-nə təyin edilmiş iclasında baxılacaq.
Modern.az adıçkilən maddə ilə bağlı Cinayət Məcəlləsini nəzərdən keçirib. 182-ci maddə “Hədə-qorxu ilə tələb etmə” maddəsidir. Müvafiq maddənin birinci bəndinə görə “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə” əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Konstitutsiya Məhkəməsi “182.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” bəndinə dair şərhini verəcək.
X. SƏFƏROĞLU