Modern.az

Şagirdlərin sayı 46 min nəfər artacaq

Şagirdlərin sayı 46 min nəfər artacaq

Təhsil

14 İyun 2023, 12:57

Növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq.

 

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev məlumat verib.

 

O qeyd edib ki, Azərbaycanda məktəblərdə təhsil alan şagirdlərin sayı 2,2 milyonu ötəcək.

 

"Ali təhsil pilləsində dövlət sifarişli yerlərin sayının artırılmasına xüsusi önəm veririk. Biz çalışırıq ki, ali təhsil alanların sayını artıraq. Bu proses davam edəcək”, - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları