Modern.az

63 min uşağın sağlamlıq imkanları məhduddur - Nazir müavini

63 min uşağın sağlamlıq imkanları məhduddur - Nazir müavini

Təhsil

14 İyun 2023, 13:00

“Hazırda Azərbaycanda 63 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var”.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT DİM dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

 

Nazir müavini bildirib ki, ümumi təhsil pilləsində onların 90 faizindən çoxu təhsillə əhatə olunub:

 

“75 faizi heç bir xüsusi şərait yaradılmadan adi ümumi təhsil müəssisələrində təhsil alır. 25 faizi isə xüsusi şəraiti olan müəssisələrdə və evdə təhsillə əhatə olunub. Evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı 8 mindən yuxarıdır. 3 mindən çox uşaq isə xüsusi şəraitli müəssisədə oxuyur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?