Moskvanın "Dostluq" idman kompleksində bədii gimnastika mövsümünün açılışı üç gün ərzində davam edən yeniyetmələrin və böyüklərin yarışı möhtəşəm konsertlə bazar günü başa çatıb.
Trend-in məlumatına görə, üçgünlük turnirlərin sonuncusu olan 20-ci "Qran-pri Moskva-2014" yubileyi çərçivəsində həm fərdi (top və halqa), həm də komanda (3 lent və 2 top, həmçinin 10 gürzlə hərəkətlər) hesabında yarışlarda bu gün mükafatçılar müəyyənləşib. Komanda hesabında hər iki hərəkətlərdə birinci yeri Rusiya yığması tutub, hakimlər xüsusilə 3 lentlə və 2 topla hərəkətlərdə rusiyalıları yüksək qiymətləndirib, onlara 17, 833 bal veriblər. Azərbaycan yığması gün ərzində ikinci medal qazanmaqla böyük müvəffəqiyyət qazanıb.
Azərbaycan gimnastları dahi Müslüm Maqomayevin "Mavi əbədiyyət" əsəri ilə o qədər incə olublar ki, hakimlər onlara bir neçə saat əvvəl 10 gürzlə qrup hərəkətlərdə olan kimi layiqli ballar veriblər. Yekunda azərbaycanlı gimnastlar 16, 95 balla gümüş medal alıblar. Bu barədə Trend "Vestnik Kavkaza" istinadən məlumat verir. "Qran-pri Moskva-2014" turnirinin fərdi yarışlarında rusiyalı Marqarita Mamun topla və halqa ilə hərəkətlərdə iki qızıl medal qazanaraq birinci olub.
Modern.az