Modern.az

Abituriyentlərin yarıdan çoxu kəndlərdən müraciət edib

Abituriyentlərin yarıdan çoxu kəndlərdən müraciət edib

Təhsil

Bu gün, 15:56

2025-ci ildə Azərbaycanda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verən abituriyentlərin 56 faizini kənd, 44 faizini isə şəhər yerlərindən olan şəxslər təşkil edib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb. 

Məlumata əsasən, qəbul üçün ərizə verən abituriyentlər arasında gender bölgüsü bərabər olub. Belə ki, müraciət edənlərin 50 faizini oğlanlar, 50 faizini isə qızlar təşkil edib.

Statistik göstəricilərdə 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin buraxılış imtahanlarında tədris dili və riyaziyyat fənləri üzrə topladıqları balların paylanması da əksini tapıb.

Bundan əlavə, ali məktəblərə qəbul olunanlar arasında hər iki fənn üzrə yüksək nəticə göstərənlərin sayı üstünlük təşkil edib. Xüsusilə tədris dili və riyaziyyatdan 75-100 bal intervalında nəticə göstərən abituriyentlərin sayı digər göstəricilərlə müqayisədə daha yüksək olub.

Eyni zamanda, 0-25 bal intervalında nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunanların sayının xeyli az olduğu görünür. Göstəricilər qəbul olunan abituriyentlərin əsas hissəsinin buraxılış imtahanlarında tədris dili və riyaziyyat fənləri üzrə orta və yüksək nəticələr əldə etdiyini göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada