Modern.az

Saqarecoda “Parlaq gələcək” Tədris Mərkəzi fəaliyyətə başlayıb - FOTO

Saqarecoda “Parlaq gələcək” Tədris Mərkəzi fəaliyyətə başlayıb - FOTO

Diaspor

6 İyun 2024, 14:34

Gürcüstanın Saqareco şəhər Bələdiyyəsinin Keşəli kəndində yerli müəllimlərin təşəbbüsü ilə istifadəyə verilən “Parlaq gələcək” kitab evi Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Tədris Mərkəzi kimi də fəaliyyət göstərir və hazırda pulsuz kurslara start verilib.

 

Mərkəzin direktoru Rafael Süleymanov bildirib ki, kurslar ödənişsizdir. Kurslara qeydiyyat may ayının 6-dan başlayıb və 12-18 yaş aralığında yeniyetmələr üçün nəzərdə tutulub. Dərslərin müddəti bir saat olmaqla həftədə üç dəfə dörd ay davam edəcək. Mərkəzdə Azərbaycan və gürcü dili, şahmat və saz kursları fəaliyyət göstərir.

 

Mərkəzin gürcü dili müəllimi Tea Qurqenidze Azərbaycan icması üçün regionlara görə  tədris metodikasının olmasının vacibliyini vurğulayıb, uşaqların gürcü dilini öyrənməsi üçün mərkəzdə hər bir şəraitin yaradıldığını qeyd edib.

 

İbtidai sinif müəllimi, mərkəzin kitabxanaçısı Durna Mərdanova şagirdlərin mərkəzin kitabxanasından bəhrələndiyini, Azərbaycan dilində kitablara tələbat olduğunu qeyd edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti