Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iclasda uçot dərəcəsilə bağlı qərar açıqlanıb.
Komitə uçot dərəcəsi 1,5 faiz bəndi azaldılaraq 10,5 faizdən 9 faizə endirilib.
Xatırladaq ki, uçot dərəcəsi bu il oktyabrında 12 faizdən 10,5 faizə endirilmişdi.