“Ukrayna ordusuna hərbi yardımın göstərilməsi sülh şanslarını artırır”.
Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, Ukraynaya dəstək NATO üçün prioritetdir.
“Ukraynanın özünümüdafiə hüququ var və biz onun hüququnun həyata keçirilməsini təmin edirik. Əksər müharibələr danışıqlarla yekunlaşır, lakin danışıqlar masasında baş verənlər meydanda baş verənlərdən asılıdır. Ona görə də sülh yolu ilə nizamlanma şansını artırmağın ən yaxşı yolu Ukraynaya dəstək verməkdir”, - deyə NATO rəhbəri vurğulayıb.