Modern.az

Tokayev Putinin tədbirinə getməkdən imtina etdi 

Tokayev Putinin tədbirinə getməkdən imtina etdi 

Dünya

10 İyun 2023, 12:47

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Qərarın səbəbləri açıqlanmayıb. Forumda Qazaxıstanı baş nazirin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov təmsil edəcək.

 

Forum 14-17 iyun tarixlərində keçiriləcək. Tədbir “Suveren inkişaf ədalətli dünyanın əsasıdır. Gələcək nəsillər naminə gücümüzü birləşdirək” adı altında baş tutacaq. Proqrama 140 tədbir və 1000 məruzəçinin iştirakı daxildir. Vladimir Putinin ənənəvi olaraq iyunun 16-da forumda çıxış edəcəyi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır