Modern.az

HƏMAS lideri necə öldürülüb? - İran kəşfiyyatı çaşbaş qalıb...

HƏMAS lideri necə öldürülüb? - İran kəşfiyyatı çaşbaş qalıb...

Dünya

2 Avqust 2024, 10:02

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı müəmma davam edir.

 

Modern.az-ın məlumatına görə, Qərb və Yaxın Şərq mətbuatı sui-qəsdlə bağlı müxtəlif iddialar səsləndirir. 

 

İran mediası Haniyənin raket hücumu nəticəsində öldürüldüyünü bildirib. İddialara görə, raket ölkənin daxilindən deyil, xaricindən atılıb.

 

Amerikanın "The New York Times" qəzeti yazır ki, Haniyəni öldürmək üçün istifadə edilən bomba təxminən iki ay əvvəl Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilib. Qeyd olunur ki, Haniyyənin otaqda olduğu məlum olanda bomba uzaqdan partladılıb. 

 

Qonaq evi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən qorunur. Bina Tehranın şimalındakı Neşat kimi tanınan kompleksin bir hissəsidir.

 

İranın "Fars" agentliyi isə yazıb ki, Haniyənin yerləşdiyi bina "hava-yer" tipli raketlə vurulub. Tehran hücuma görə İsrailin məsuliyyət daşıdığını bildirib. İsrail hücumla əlaqəsini inkar edib.

 

Beləliklə, HƏMAS liderinin ölümü ilə bağlı müəmma davam edir. Qərb mətbuatı yazır ki, HƏMAS liderinə hücum onun təhlükəsizliyini təmin edə bilməyən İran təhlükəsizlik qüvvələrini də təəccübləndirib.

 

Qeyd edək ki, Haniyə iyulun 31-nə keçən gecə İranda öldürülüb. O, İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər etmişdi. İran hücuma görə qisas alacağını bəyan edib. Qətərdə dəfn olunacaq İsmayıl Haniyə ilə ötən gün Tehranda vida mərasimi keçirilib. Dəfn mərasiminin keçirildiyi Tehran Universitetinin həyətində toplaşan kütlə İsrail əleyhinə şüarlar səsləndirib.

 

Mərasimdən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd-Bağer Qalibaf bildirib ki, “Müqavimət oxu” (Tehran və Livan, İraq və Yəməndəki iranpərəst qüvvələr - red.) “intiqam almaq” üçün müxtəlif variantları araşdırır.

 

"Reuters" agentliyinin məlumatına görə, avqustun 1-də İranın yüksək rütbəli hərbi rəsmiləri digər ölkələrdən olan şəxslərlə görüşlər keçiriblər. Görüşdə İsrailə mümkün cavab müzakirə edilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR