Modern.az

Şəhid Samir son mənzilə yola salındı - FOTOLAR

Şəhid Samir son mənzilə yola salındı - FOTOLAR

6 Avqust 2022, 12:18

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu son mənzilə yola salınıb.

 

Modern.az xəbər verir ki, mərasim şəhidin Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərində keçirilib.

 

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi qəsəbədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI