Modern.az

İdarəetməni itirən sürücü qəzada öldü

İdarəetməni itirən sürücü qəzada öldü

Hadisə

2 Mart 2024, 21:52

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, martın 1-i saat 23 radələrində Ağsu rayonunun Şahbəyli kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Vüsal Güloğlan oğlu Məlikovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

 

Müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil