Modern.az

Xam neft məhsullarının ixracında ciddi ARTIM

Xam neft məhsullarının ixracında ciddi ARTIM

İqtisadiyyat

4 May 2023, 10:32

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Çexiyaya 270 474,91 min ABŞ dolları dəyərində 427 362,71 ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.

 

Modern.az "Vergilər" qəzetinə istinadən xəbər verir ki. bu, 2022-ci il ilin eyni göstəricilərini dəyər ifadəsində 3 dəfə (181 282,27 min dollar), həcm baxımından isə 2,6 dəfə (263 902,77 ton) üstələyir.

 

Təkcə cari ilin martında bu ölkəyə 108 475,48 min dollar dəyərində 169 513,81 ton xam neft məhsulları ixrac edilib ki, bu da fevral ayı ilə müqayisədə dəyər ifadəsində 27 206,69 min dollar (33,5 faiz), həcm olaraq isə 43 463,96 ton (34,5 faiz) çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır