Modern.az

Almaniya NATO sammitinin təhlükəsizliyini təmin edəcək

Almaniya NATO sammitinin təhlükəsizliyini təmin edəcək

26 May 2023, 22:26

İyulda Baltikyanı ölkələrin ev sahibliyi edəcəyi NATO sammitinin təhlükəsizliyini Almaniya təmin edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, bunun üçün "Patriot" hava hücumundan müdafiə sistemlərini Slovakiyadan Litvaya köçürəcək.

 

Almaniya alyansın tələbi ilə NATO liderlərinin iyulun 11-12-də Vilnüsdə keçiriləcək görüşünün təhlükəsizliyini təmin etmək üçün quru, hava və dəniz əsaslı vəsaitlər tədarük edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi