Modern.az

“Qəbələ”nin baş məşqçisi istefa verdi

“Qəbələ”nin baş məşqçisi istefa verdi

İdman

24 Fevral 2024, 12:23

“Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev istefa verib. 

Modern.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Rəhbərlik artıq 44 yaşlı məşqçinin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb. 

“Qəbələ” İdman Klubu Elmar Baxşıyevə komandadakı fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi