Modern.az

Şəkiyə dolu düşüb - FAKTİKİ HAVA

Şəkiyə dolu düşüb - FAKTİKİ HAVA

18 İyun 2024, 17:41

İyunun 18-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Qax, Xınalıq, Şəki, Qusar, Qrız, Şahdağ, Yardımlı, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, Şəki rayonu ərazisinə saat 16:30 radələrində diametri 6-8 mm olan dolu düşüb.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-da, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?