Modern.az

Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər saxlanıldı

Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər saxlanıldı

17 Mart 2023, 16:06

Ağdamda toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib.

 

Onların idarə etdiyi avtomobillər müvəqqəti duracağa yerləşdirilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi