Sahibə Qafarova zəlzələ qurbanlarının xatirəsini andı 

Sahibə Qafarova zəlzələ qurbanlarının xatirəsini andı 

Parlament

31 Mart 2023, 19:52

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, ziyarətçilər həlak olanların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.

 

Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur