Modern.az

Kürdə suyun səviyyəsi tədricən AZALIR

Kürdə suyun səviyyəsi tədricən AZALIR

27 May 2024, 22:45

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 20:00-a olan məlumatında deyilir.

 

Bildirilib ki, hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

 

Hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 554 sm təşkil edir.

 

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri