Avropada yaşayan türk mənşəli şəxslər son illərdə yalnız diaspor nümayəndələri kimi deyil, həm də yaşadıqları ölkələrin siyasi, elmi, iqtisadi və mədəni həyatında mühüm mövqelər tutan nüfuzlu fiqurlar kimi çıxış edirlər.
Modern.az Avropada tanınan türk mənşəli şəxsləri təqdim edir:
Meral Hüsseyn-Ece
1950-ci ildə Kiprdən Böyük Britaniyaya köçən ailənin övladı olan Meral Hüsseyn-Ece 1955-ci ildə dünyaya gəlib. Hazırda Britaniyada Lordlar Palatasının üzvüdür.
Cem Özdemir
1965-ci il təvəllüdlü Cem Özdəmir 2021-ci ildən Almaniyanın qida və kənd təsərrüfatı naziri vəzifəsində çalışır.
Əmir Kır
Türk əsilli belçikalı siyasətçidir. O, Brüsselin 19 bələdiyyəsindən biri olan Sen-Joss-ten-Nodenin bələdiyyə sədridir.
Veli Yüksel
1971-ci il təvəllüdlüdür. Türk əsilli belçikalı siyasətçi hazırda Belçikada Baş nazir kabinetində müşavir vəzifəsində çalışır.
Aydan Özoğuz
1967-ci il təvəllüdlüdür. Almaniyada Bundestaqın sabiq vitse-prezidenti olub. O, Sosial Demokrat partiyasının üzvüdür.
Belit Onay
O 1981-ci ildə anadan olub. Belit Onay Almaniyada siyasətlə məşğuldur. O 2019-cu ilin 22 noyabr tarixindən Almaniyanın Hannover şəhərinin meri vəzifəsində çalışır.
Serap Güler
1968-ci il təvəllüdlü Serap Güler Almaniyada Xrisitian Demokratik İttifaqının və Bundestaqın üzvüdür. Vaxtilə xarici siyasət/dövlət vəzifələrində fəaliyyət göstərib.
Uğur Şahin
O 1965-ci il təvəllüdlüdür. U.Şahin türk-alman immunoloq kimi tanınır. O, “BioNTech” şirkətinin CEO-sudur.
Özlem Türeci
Uğur Şahinin həyat yoldaşı Özlem Türeci də “BioNTech”in həmtəsisçisi və baş tibb direktorudur.
İlkay Gündoğan
1990-cı ildə Almaniyada dünyaya gələn futbolçu millinin sabiq kapitanıdır.
Emre Can
12 yanvar 1994-cü ildə Frankfurtda dünyaya gələn Emre Can məşhur futbolçudur.
Hakan Çalhanoğlu
8 fevral 1994-cü ildə Almaniyada doğulan futbolçu, hazırda İtaliyanın “İnter” klubunun kapitanıdır.
Kenan Yıldız
2005-ci ilin 4 mayında Almaniyada dünyaya gözlərini açan futbolçu, hazırda İtaliyada “Yuventus” klubunda oynayır.
Fatih Akın
1973-cü ildə Almaniyanın Hamburq şəhərində dünyaya gözlərini açan Fatih Akın hazırda rejissor və prodüser kimi fəaliyyət göstərir.
Mero
2000-ci ildə Almaniyada dünyaya gözlərini açan Enes Meral hazırda MERO ləqəbi ilə tanınan reperdir.
Eko Freş
1983-cü ildə Almaniyanın Köln şəhərində anadan olub. O, ölkəsində Eko Freş ləqəbi ilə tanınan reperdir.
Deniz Yücel
1973-cü ildə Almaniyada doğulan Deniz Yücel “Die Welt” nəşrində çalışır.