Modern.az

Ağdaşda qapı-qapı kampaniyası davam etdirilir

Ağdaşda qapı-qapı kampaniyası davam etdirilir

11 İyun 2016, 23:46

Milli Məclisə təkrar seçkilərdə 90 saylı Ağdaş seçki dairəsindən namizəd İqbal Ağazadə təbliğat kampaniyasını davam etdirir.  İqbal Ağazadənin Seçki Qərargahından Modern.az saytına verilən məlumata görə, Seçki Qərargahı qapı-qapı təbliğat kampaniyasını uğurla davam etdirir. Hər gün yüzlərlə seçici mobil telefon vasitəsi ilə İ.Ağazadə ilə əlaqə saxlayır. Könüllü olaraq təbliğat kampaniyasına qoşulan yerli sakinlərin sayı günbəgün artır. Seçicilər qrup və fərdi qaydada İqbal Ağazadə ilə görüşərək ona dəstək ifadə edirlər. İqbal Ağazadəyə dəstək ifadə edənlər arasında çoxlu sayda müxtəlif təbəqənin nümayəndələri var.
İqbal Ağazadənin Seçki Qərargahının qapı-qapı təbliğat kampaniyası çərçivəsində növbəti ünvan Ağdaş Rayonunun Qarasuqumlağ,Şıxlı , Yenikənd, Zeynəddin kəndlərində olub. Sakinlərlə görüşən qərargah üzvlərimiz seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar.
Seçicilər Qərargah üzvlərini mehribanlıqla qarşılayıblar, İqbal Ağazadənin parlament fəaliyyəti ilə yaxından tanış olduqlarını bildiriblər. Qeyd ediblər ki, İqbal Ağazadə ağdaşlıların problemlərini parlamentə qaldıracaq yeganə namizəddir və bu səbəbdən ona səs verəcəklər. Çünki parlament fəaliyyəti zamanı hər zaman seçicilərin problemi ilə maraqlanıb, problemləri parlamentdə qaldırıb və həllinə çalışıb. Təkcə seçildiyi dairədən deyil, bütün bölgələrdən olan müraciətləri cavabsız qoymayıb.
Sakinlər kəndlərdə olan əsas problemlərlə bağlı da qərargah üzvlərini məlumatlandırıb. Bəlli olub ki, hakimiyyət namizədi Cavid Osmanov I müavin olduğu müddətdə bu kəndlərin də problemləri həll olunmayıb, əksinə artıb. Bəzi seçicilər isə ümumiyyətlə Cavid Osmanovu tanımadıqlarını bildiriblər.
Qeyd edək ki,Seçki qərargahımızın üzvləri Yenikənd sakinlərinin gənclərdən ibarət futbol komandası ilə yoldaşlıq görüşü keçiriblər. Çox səmimi və dostluq şəraitində bir futbol oyunu keçib.
İ.Ağazadənin qapı-qapı təbliğat kampaniyası və namizədin seçicilərlə görüşü davam edir".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir