Modern.az

Bakıda qətl törədilib

Bakıda qətl törədilib

12 Sentyabr 2016, 14:25

Bakı sakini qətlə yetirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

 

Məlumata görə, hadisə sentyabrın 11-də paytaxtın Xətai rayonu ərazisində baş verib. Belə ki, Füzuli rayon sakini Laçın Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. F.Məmmədov hadisə yerində ölüb.

 

Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.

 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir