Modern.az

Yaxın vaxtlarda Əfv komissiyası müraciətləri müzakirə edəcək

Yaxın vaxtlarda Əfv komissiyası müraciətləri müzakirə edəcək

Təhsil

2 Noyabr 2009, 14:04

Prezident yanında Əfv komissiyasının üzvü, millət vəkili Elmira Axundova Modern.az saytına verdiyi  açıqlamada bildirib ki, bu ilin sonuna qədər komissiyanın bir neçə iclası keçrilə bilər. Hazırda Əfv komissiyasında sənədlər təzələnir.

Əfv komissiyasının iclasının xeyli vaxtdır keçirilməməsinə gəlincə, deputat deyib ki, bu, 2009-cu ilin martında ölkədə amnistiyanın elan edilməsi ilə bağlıdır. Cünki amnistiya verildiyinə görə, komissiyanın müzakirə etməli olduğu məsələlər öncədən həllini tapıb, xeyli məhbus azadlığa buraxılıb. E.Axundova yaxınlarda komissiya üzvlərinin toplaşaraq yeni müraciətlərə baxacağını istisna etməyib.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir