Modern.az

Prezidentlərin növbəti görüşü

Prezidentlərin növbəti görüşü

Təhsil

7 Noyabr 2009, 15:55

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı baza prinsiplərinin razılaşdırılması üçün müzakirələri davam etdirməyə hazır olduqlarını bəyan ediblər. Onlar həmsədrlərin noyabrın sonuna kimi növbəti dəfə görüşü təşkil etmək təklifini qəbul ediblər. Bu barədə ATƏT Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtkenin (ABŞ) regiona səfərlərinin yekunu ilə yaydıqları bəyanatda bildirilib. ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunub ki, görüşün yeri və vaxtı müəyyənləşdiriləcək.
Qeyd edək ki, həmsədrlər noyabrın noyabrın 5-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Noyabrın 6-da İrəvana səfər edərək Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Daha sonra noyabrın 6-da yenidən Bakıya qayıdaraq Prezident İlham Əliyevlə ikinci dəfə görüşüblər.

Qarşıda gözlənilən görüş prezidentlərin bu ilə ərzində baş tutacaq altıncı görüşü olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?