Arxiv
27 Fevral 2017, 22:15 | AKTUAL
"İki ayda 1175 nəfər inzibati qaydada həbs olunub"

Son günlər sosial şəbəkələrdə, o cümlədən bəzi saytlarda müxalifət fəallarının kütləvi şəkildə həbs edilməsi ilə bağlı xəbərlər yayılır. Modern.az musavat.com-a istinadən xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu iddiaların doğru olmadığını bildirib: “Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə məhkəmələr tərəfindən ölkə üzrə cari ilin yanvar ayı ərzində 655, fevralda ayında 520, ümumilikdə isə 1175 nəfər inzibati qaydada həbs olunub. Heç şübhəsiz ki, inzibati qaydada məsuliyyətə cəlb olunanların arasında nəinki müxalifətçi, siyasətçi, jurnalist, həmçinin əhalinin müxtəlif təbəqələrindən olan insanlar da vardır. Barələrində müvafiq protokol tərtib edərkən polis əməkdaşları onların partiya mənsubiyyəti ilə, siyasi fəaliyyətləri ilə heç vaxt maraqlanmayıb və buna zərurət də yaranmayıb”.

 

Ehsan Zahidov deyib ki, müxalifət funksionerlərindən və onların təsiri altında olan hüquq müdafiəçilərindən fərqli olaraq, polis əməkdaşları üçün sosial, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq hüquqaqzidd əməllər törətmiş bütün şəxslərin hamısı Azərbaycan vətəndaşıdır və onları hansısa qruplara ayırmaq, bölücülük aparmaq daxili işlər orqanlarının fəaliyyət predmeti olmayıb: “İki ay ərzində inzibati qaydada həbs olunan 1175 şəxsin arasından 19-nu məxsusi seçərək ayırmaq, ictimai-siyasi mənsubiyyətini qabardaraq fərqləndirmək mərəzi bəzi maraqlı şəxslərin və qüvvələrin hansı yolla olursa-olsun siyasi divident qazanmaq, mövzu ətrafında yersiz hay-küy qaldıraraq, şou düzəldərək beynəlxalq və ictimai rəyi çaşdırmaqdan, müstəqil siyasət yeridən ölkəmizin yüksək nüfuzuna kölgə salmaqla özləri barəsində saxta demokratiya fədailəri və cəfakeşləri obrazlarını yaratmaq cəhdindən başqa bir şey deyil”.

 

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI 3 Avqust 2020, 16:18 Avqustun 5-dən SMS icazə ləğv edilir 3 Avqust 2020, 16:15 Avqustun 5-dən bu karantin qaydaları yumşaldılır - RƏSMİ 3 Avqust 2020, 16:11 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL 3 Avqust 2020, 15:44 Keçmiş qadın məhkum oğurluq etdiyinə görə saxlanıldı 3 Avqust 2020, 15:32 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55 Jurnalist ÖLDÜRÜLDÜ 3 Avqust 2020, 09:46