Modern.az

Belarusla Azərbaycan arasında əməkdaşlıq sənədləri imzalanıb

Belarusla Azərbaycan arasında əməkdaşlıq sənədləri imzalanıb

12 Noyabr 2009, 20:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bularusda rəsmi səfədədəir. Noyabrın 12-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. (AzərTAc). Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Birgə Bəyannaməni imzalayıblar. Belarusla Azərbaycan arasında “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında 2010-2011-ci illərdə təhsil sahəsində əməkdaşlıq üzrə sazişin həyata keçirilməsi barədə Protokol”, “Azərbaycan Dövlət Sərhəd Xidməti və Belarus Respublikası Dövlət Sərhəd Komitəsi arasında əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Belarus Respublikasının Ədliyyə Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsi arasında məxfi informasiyanın mühafizəsinin təmin edilməsində qarşılıqlı əlaqələrə dair Saziş”i mzalanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər