Modern.az

100 ölkənin nümayəndəsi interneti müzakirə edib

100 ölkənin nümayəndəsi interneti müzakirə edib

16 Noyabr 2009, 11:53

Misirdə BMT-nin dəstəyi ilə keçirilən növbəti IGF (Internet Governance Forum) forumuna start verilib. Tədbirdə 80 müxtəlif iş qruplarda birləşmiş 100 ölkədən 1500-dən çox nümayəndə toplaşıb. Dörd gün davam edəcək forumun əsas məqsədi dəyişilməz qalıb – iştirakçılar Qlobal Şəbəkənin idarə olunmasına dair müzakirələr aparacaqlar. Gündəlikdə ən geniş spektrli məsələlər durur: internet-təhlükəsizlik, “bulud” hesablamaları, IPv6 protokolunun tətbiqi, sosial şəbəkələr, verilənlərin açıqlığı və şəxsi həyatın toxunulmazlığı və s.

Forum çərçivəsində müzakirə olunacaq ən vacib məsələlərdən biri isə domen zonasının genişləndirilməsi olacaq. Milli dillərdə öz domen adlarının alınmasına dair müraciət artıq Misir və Rusiya tərəfindən irəli sürülüb, bundan əlavə əlifbaları latın əlifbasından fərqli olan digər ölkələr də öz domenlərinin alınmasında iddialıdır.
Tədbirdə əlavə mövzu kimi internet-hökmətin, daha dəqiq desək müxtəlif internet-mübahisələrin həll olunması, müəyyən standartların təyin olunması, bu və ya digər texnologiyaların tətbiq müddətlərinin tənzimlənməsinə cavabdeh beynəlxalq arbitraj orqanın yaradılması məsələsinə toxunulacaq.  
“Forumun keçirilməsi üçün əlverişli vaxt seçilib, çünki problem və təkliflər az deyil”, - deyə BMT-nin sosial-iqtisadi inkişaf məsələləri üzrə baş katibi Şa Zukan qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?