Modern.az

Mariya Zaxarova Hoqlandın Qarabağ bəyanatı haqda

Mariya Zaxarova Hoqlandın Qarabağ bəyanatı haqda

Aktual

31 Avqust 2017, 18:56

"Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər".

 

Virtualaz.org-un məlumatına görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

"ABŞ-ın yeni həmsədr təyin etməsinə gəldikldə isə, biz hunu alqışlayırıq. Yenilənmiş tərkibdə ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirəcək. Ümid edirik ki, indiyə kimi olan komanda yanaşması bundan sonra da qorunub saxlanacaq", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

 

 

Rusiya XİN-in sözçüsü Ermənistan tərəfinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumata da münasibət bildirib.

O qeyd edib ki, ekspertlər baş verən hadisəni öyrənməli və öz qiymətini verməlidir.

M. Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da söyləyib: “Bu barədə məlumat olan kimi, bildirəcəyik”.

Erməni jurnalistin Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi qoşulmasının mümkünlüyü ilə bağlı sualına isə Rusiya XİN sözçüsü belə cavab verib: “Siz bizim bu məsələ barədə ənənəvi mövqeyimizi bilirsiniz. Ona görə də, sizi bundan əvvəlki şərhlərimizə istiqamətləndirə bilərəm”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir