Modern.az

İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edilib      

İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edilib         

3 Mart 2018, 00:41
 
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki,  qərara əsasən, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

 

Qeyd edək ki, “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir