Arxiv
8 mart 2018, 20:48 | AKTUAL
200-dən artıq qadın sürücü saxlanıldı  - DYP REYDİ 

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının aşağı salınması, təbliğat və maarifləndirmə işinin gücləndirlməsi məqsədi ilə reyd keçiriblər.

 

Modern.az  xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən reyd zamanı 200-dən artıq qadın sürücü saxlanılıb. 

 

İdarə etdiyi avtomobil üzrə qadın sürücülər barədə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılıb. Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, Yol Patrul Xidməti (YPX) əməkdaşları tətəfindən saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilib və onlar DYP əməkdaşları tərəfindən “Nümunəvi qadın sürücü” elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılıb.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, yol polisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gün ərzində Bakıda “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində il ərzində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan qadın sürücülərə müxtəlif hədiyyələr təqdim edib: “Hər bir nümunəvi xanım sürücüyə tərəfimizdən 8 hədiyyə təqdim olunur. Onlar avtomobili pusluz yumaq, restoranda 2 nəfərlik pulsuz şam yeməyi, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, telefon danışığı kartları, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar”.

 

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq keçirilən aksiyada "SOCAR Petroleum” QSC də iştirak edib. Aksiya çərçivəsində “SOCAR Petroleum” tərəfindən xanım sürücülərə hədiyyələr təqdim edilib. Bakı şəhərinin müxtəlif küçə və prospektlərində saxlanılan qadın sürücülərə “SOCAR Petroleum” tərəfindən 20 manatlıq yanacaq kuponu təqdim edilərək “SOCAR” yanacaqdoldurma məntəqələrinin xidmət sahələri və yanacağın keyfiyyəti barədə qısa məlumatlar verilib. Həmçinin xanımlara "avtosfer.az" tərəfindən gül buketləri hədiyyə edilib.

 

Reyd Bakı Nəqliyyat Agentliyi (BNA), “Avto FM”, “107.7 FM” radioları ilə birgə keçirilib və radioda canlı yayımlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Bəzən pul hər şey demək deyil” - Brankadan Messi açıqlaması 25 May 2020, 14:45 Prezident açıqladı: “Koronavirusa uğurla qalib gəldik” 25 May 2020, 14:34 Biləsuvarda narkotacirlər saxlanıldı - FOTO 25 May 2020, 14:29 İranda koronavirusa yoluxmalar azalmaq bilmir 25 May 2020, 14:14 Şamaxıda kran aşdı - Xəsarət alanlar var 25 May 2020, 14:06 Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edildi 25 May 2020, 13:59 “Ermənistan həqiqəti başa düşərsə, ədalətli sülhə yaxınlaşacağıq” 25 May 2020, 13:49 İlham Əliyev Zurabişviliyə məktub göndərdi 25 May 2020, 13:34 Şamaxının icra başçısı karantinə alındı 25 May 2020, 13:20 Sabahın HAVA PROQNOZU - Külək, yağış, dolu... 25 May 2020, 13:12 Türkiyədə terror aktının qarşısı alındı 25 May 2020, 13:06 Bakıda silahlı narkotacir SAXLANILDI   25 May 2020, 12:57 Gəncədə avtoxuliqan həbs edildi - FOTO 25 May 2020, 12:50 Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötdü 25 May 2020, 12:40 Karantini pozan “Kəlbəcər” restoranında 32 nəfər saxlanıldı - FOTO 25 May 2020, 12:30 Mingəçevirdə 13 nəfəri vuran qadına cinayət işi açıldı 25 May 2020, 12:23 Şəkidə “Xaş-xaş” əməliyyatı - 1 ton narkotik məhv edildi 25 May 2020, 12:15 Ordumuzun təlimləri başa çatdı 25 May 2020, 12:06 AZAL uçuşları nə zaman bərpa edəcək? 25 May 2020, 12:00 Ermənistanda ŞOK - Bir gündə 452 nəfər koronavirusa yoluxdu 25 May 2020, 11:46 “İndi onlara Almaniyada cinayət işi açıla bilər” - Nurlan Həsənov 25 May 2020, 11:39 Modern.az-ın əməkdaşı The London Post” qəzetində yazdı 25 May 2020, 11:30 “Maska taxmayanlar həyatlarını təhlükəyə atırlar” 25 May 2020, 11:29 İt dişləyən kişi quduzluqdan öldü 25 May 2020, 11:19 “Pandemiya ilə bağlı Gəncədə bütün zəruri tədbirlər həyata keçirilir” - Səməd Tomuyev 25 May 2020, 11:15 Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07