Arxiv
27 Aprel 2018, 15:10 |
Serbiyada Heydər Əliyev konfransı keçirilib
Serbiyada Heydər Əliyev konfransı keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirib.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda, Tbilisi Dövlət Universitetində “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündəHeydər Əliyevin rolu” mövzusunda, Huçjou Universitetində “Bir qurşaq – bir yol: multikulturalizmin öyrədilməsi” mövzusunda bölmə iclasları keçirilib.

Aprelin 26-da Belqrad Universitetində Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Multikultralizmin Azərbaycan təcrübəsi” mövzusunda bölmə iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Eldar Həsənov, Azərbaycan Dillər Universitetinin prorektoru professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı professor Cəlil Nağıyev, Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov, Belqrad Universitetinin rektoru doktor Vladimir Bumbaşireviç, filologiya fakültəsinin dekanı Lyilyana Markoviç, Serbiya Parlamentində Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç, deputatlar Miliya Miletiç və Marko Parezanoviç, Serbiya Respublikası Xarici İşlər Nazirinin müavini Tamara Rastovaç Simaşvili, habelə Serbiyanın dövlət, hökumət qurumlarının, diplomatik korpusun, elmi, akademik dairələrin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Serbiya Parlamentinin Azərbaycanla dostluq qrupunun, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç hazırda yeni texnologiya və ixtiraların baş verdiyi dünyada xalqların, insanların rahat və sülh şəkilində yaşaması, anlaşması üçün multikulturalizmin və dözümlülüyün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, Serbiyada dözümlülük və multikulturalizmin dahi serb alimi Nikola Teslanın nəzəriyyələrində əks olunub, Azərbaycanda isə ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində təşəkkül tapıb və daha da inkişaf edib. O, Serbiya və Azərbaycanda müxtəlif etnik azlıqların yaşadıqlarını və onların adətlərinə hər zaman dözümlülük nümayiş etdirildiyini, hörmətlə yanaşıldığını xüsusi vurğulayıb.

 

Belqrad Universitetinin professoru, şərqşünas alim Ema Milkoviç Azərbaycanlıların multikultural bir xalq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə etiqad edən, digər dillərdə danışan etnik azlıqlar yaşayır. Professor milli azlıqların hüquqlarının hər zaman dövlət tərəfindən təmin edildiyini, bunun ölkə Konstitusiyasında da yer aldığını, azlıqların heç bir diskriminasiya ilə üzləşmədiklərini və Azərbaycanın bir çox dövlətlərə nümunə olduğunu qeyd edib.

 

Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyev öz orijinallığı ilə seçilən Serb və Azərbaycan ədəbiyyatları arasında tarixə söykənən böyük mənəvi bağlılığın olduğunu, ədəbiyyat nümunələrinin qarşılıqlı şəkildə müxtəlif dillərə tərcümə edilərək dünya oxucularına təqdim olunduğunu qeyd edib. Professor hər iki xalqın yazıçılarının əsərləri arasında paralellər apararaq, orada multikulturalizm, humanizm və ədalət ideyalarının, xalqların sülh şəraitində birgə yaşayışının əks olunduğunu vurğulayıb.

 

Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, publisist, görkəmli serb yazıçısı Milorad Paviçin dünya şöhrətli “Xəzər lüğəti” romanının Azərbaycan dilinə tərcüməçisi, əməkdar jurnalist Əlövsət Ağalarov Azərbaycan dövlətinin dəstəyi ilə Belqrad Universitetində yaradılmış mərkəzin Serb və Azərbaycan xalqının daha da yaxınlaşmasında, onlar arasındakı mədəni bağlılığın möhkəmlənməsi istiqamətində əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycanla Serbiya arasında münasibətlərin bir çox sahələrdə inkişafından, çoxəsrlik tarixə malik mədəniyyəti və adət ənənələrindən bəhs edib.

 

Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə ölkələrarası mədəni və humanitar sahədə bir çox nailiyyətlərin əldə olunduğunu bildirib. Professor Azərbaycan və Serb yazıçılarının 17-dən çox əsərinin hər iki dilə tərcümə edildiyini, bu səpkidə Səfirliyin fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Azərbaycan və Serbiya arasında yaxşı münasibətlərin olduğunu deyib, əlaqələrin daha da inkişafı üçün əməkdaşlığın davam etdirildiyini söyləyib.

 

Tədbirin sonunda Belqrad Universiteti tərəfindən Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya, prorektoru Əfqan Abdullayevə, Azərbaycanın Serbiyadakı Səfiri Eldar Həsənova, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadəyə və Mərkəzin yaradılmasında əməyi keçmiş digər şəxslərə təşəkkür diplomları təqdim edilib.

 

Səfər çərçivəsində nümayəndə heyəti Belqrad şəhərində “Taşmaydan parkı”nda Heydər Əliyevin, görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərini, 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə həsr olunmuş “Biz sadəcə uşaqlar idik” abidəsini, Novı Sad şəhərində Dunay çayı sahilindəki dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünü ziyarət edib, onların önünə gül dəstələri qoyub.

 

Xatırladaq ki, “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi 4-5 may tarilərində Azərbaycan Dillər Universitetində keçiriləcək. Tədbirdə 11 ölkənin universitetlərinin və digər beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Sergey Bodrovun qızı atasının yolunu seçdi - FOTO 16:14, Bu gün “Açıq mikrofon” tərtərli abonentlərin müraciətlərini səsləndirdi 16:02, Bu gün Bu il 2077 nəfər 600-dan yuxarı bal TOPLAYIB 15:58, Bu gün Duma Ukraynanın 4 vilayətinin ilhaqına dair sazişi təsdiqlədi 15:54, Bu gün Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı 15:50, Bu gün Stansiyaların iş rejimilə bağlı yeni QƏRAR 15:46, Bu gün Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:42, Bu gün Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir 15:38, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:34, Bu gün Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş… 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün Azərbaycan icması Toronto şəhərində piket keçirib 15:22, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün