Arxiv
22 May 2018, 09:06 | MÜSAHİBƏ
“Azərbaycan Avropa İttifaqından ədalətli, şəffaf və vicdanlı münasibət gözləyir” - MÜSAHİBƏ  

Bu günlərdə Avropa mətbuatının ən geniş xəbər şəbəkələrindən biri olan Euractiv saytının müxbiri Bencamin Foks Milli Məclisin üzvü, Avropa İttifaqı (Aİ) - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevlə görüşüb və ondan müsahibə alıb. Modern.az saytı London Euractiv xəbərlər şəbəkəsində dərc olunmuş müsahibənin tərcüməsini oxucuların diqqətinə təqdim edir.


Bencamin Foks:
2015 - 2016-cı illərdə Aİ-Azərbaycan əlaqələri xüsusilə mürəkkəb idi. Amma bu gün sizin Parlament Əməkdaşlıq Komitəsi ilə və onun həmsədri Səccad Kərimlə münasibətlərinizin doğrudan da isti olduğu görünür. Belə demək olarmı ki, Aİ-Azərbaycan əlaqələri tamamilə bərpa olunub və əgər belədirsə, bu necə mümkün oldu?


Cavanşir Feyziyev:
Doğrudan da, bizim münasibətlərimiz 2014-2016-cı illərdə ən çətin dövrünü yaşayıb. Lakin biz dialoq yolu ilə bu çətin sınaqdan keçə bildik. Bu gün əminliklə deyə bilərik ki, parlamentlər səviyyəsində Aİ-Azərbaycan əlaqələri doğrudan da qənaətbəxşdir və münasibətlərimiz tam bərpa olunub. Apardığımız açıq və səmimi fikir mübadiləsi qısa bir zamanda bu problemin aradan qalxmasına gətirib çıxardı. O zaman münasibətlərin gərginləşməsinə əsas səbəb Azərbaycandakı siyasi vəziyyətin Avropa Parlamentində yanlış şərh olunması idi. Mən dialoq mühitinin bərpa olunması və Milli Məclislə Avropa Parlamenti arasında əlaqələrin sonrakı inkişafı üçün  Avropa Parlamentindən olan həmkarlarıma o zaman göstərdikləri səmimi, konstruktiv və praqmatik yanaşmaya görə bir daha minnətdaram.


Bencamin Foks:
Bu dəfəki iclaslarınız necə keçdi və ümumiyyətlə yeni tərəfdaşlıq müqaviləsi üzrə aparılan danışıqlar kontekstində  Parlament Əməkdaşlıq Komitəsinin rolu nədən ibarətdir?


Cavanşir Feyziyev:
Parlament Əməkdaşlıq Komitəsi bizim üçün Aİ ilə Azərbaycan arasında ikitərəfli parlamentlərarası əlaqələri müzakirə etmək və eləcə də hökümətlərarası əməkdaşlığın səviyyəsini dəyərləndirmək baxımından yeganə ikitərəfli formatdır. Bir qayda olaraq, hər iki tərəfdən icra strukturlarının təmsilçiləri bizim iclaslara dəvət olunurlar. Xüsusilə, hər iki tərəfdən Aİ və Azərbaycan arasında yeni hərtərəfli əməkdaşlıq müqaviləsi üzrə danışıqları aparan hökümət nümayəndələri Parlament Əməkdaşlıq Komitəsinin bütün iclaslarında iştirak edir və danışıqların gedişi barədə bizi məlumatlandırırlar.


Bencamin Foks:
Yeri gəlmişkən, yeni  ikitərəfli Aİ-Azərbaycan Müqaviləsi  üzrə danışıqlar necə gedir? Razılıq əldə edilməsi üçün hər hansı vaxt çərçivəsi müəyyən edilibmi?


Cavanşir Feyziyev:
Aİ-Azərbaycan arasında yeni ikitərəfli müqavilə gələcək əməkdaşlığımızın bütün sferalarını, o cümlədən, ticarət və investisiyaları, insan haqları və qanunun aliliyini, təhsil, ətraf mühit, enerji və nəqliyyat məsələləri də  daxil olmaqla  siyasi, iqtisadi, social və mədəni əməkdaşlığın bütün aspektlərini özündə ehtiva etməlidir. Danışıqların aparılması və bütün razılıqların əldə olunması üçün heç bir vaxt məhdudiyyəti yoxdur, amma onu deyə bilərəm ki, danışıq tərəfləri prosesi sürətləndirmək üçün əllərindən gələni edirlər. Biz inanırıq ki, bu ilin sonunadək hökümətlərimiz bütün danışıqları yekunlaşdıra biləcəklər və yeni müqavilə 2019-cu ilin birinci yarısında imzalanmağa hazır olacaq.


Bencamin Foks:
Azərbaycan Aİ-na  nə vəd edə bilər və ya əksinə Aİ Azərbaycana nə verə bilər?

Cavanşir Feyziyev: Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 %-ə sahib olmaqla regionun ən böyük ölkəsidir. Bura tarixi İpək yolu üzərində yeləşən və Qərblə Şərqi bir-birinə bağlayan geostrateji bi məkandır. Sonuncu 3 onillikdə Azərbaycan regional və continental əməkdaşlığı asanlaşdıran nəhəng infrastruktur layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizləri və nəhayət, Cənub Qaz Dəhlizi qitənin ən böyük iqtisadi layihələridir ki, bütün bunların da təşəbbüskarı və icraçısı Azərbaycandır. Cənub Qaz Dəhlizi Aİ üçün Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiya ölkələrinin enerji resurslarını Avropa bazarına gətirmək və Aİ enerji təchizatını şaxələndirmək üçün yeganə alternativ mənbədir. Bütün bu layihələr qitənin bütün ölkələri arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir və əminəm ki, Aİ da bunda maraqlı olmalıdır. Azərbaycan da öz növbəsində ən böyük ticarət tərəfdaşı və müasir elmi-texnoloji yeniliklərin təminatçısı kimi Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıdır.

 

Bencamin Foks: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın Avropa İttifaqından gözləntiləri nədir?


Cavanşir Feyziyev:
Dağlıq Qarabağ münaqişəsi regionun iki müstəqil və suveren dövlətinin təhrik və cəlb olunduqları uzun müddət davam edən  bir münaqişədir. Münaqişənin yaradılmasına səbəb bu ölkələri Avropa ailəsinə inteqrasiya proseslərindən kənarda saxlamaq və buna imkan verməməkdir. Bu münaqişə bütövlükdə regionu inkişafdan və müstəqil siyasət yeritmək imkanlarından məhrum edir. Qitənin ən böyük siyasi güc mərkəzi kimi Aİ münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməlidir. Azərbaycan Aİ-dən hadisələrə ədalətli, şəffaf və vicdanlı münasibət sərgiləməklə münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verməsini gözləyir.

 

Bencamin Foks: Aİ-Azərbaycan əlaqələri üçün əsas risklər nədən ibarətdir? Regionda qeyri-sabitlik, o cümlədən Rusiyanın rolu?


Cavanşir Feyziyev:
Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından  çox vacib geostrateji  bölgəsidir. Sovetlər dönəmində bu bölgə Avropa və Asiyanı bir-birindən ayırmaq üçün istifadə olunurdu. Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sivil dünyaya inteqrasiya olunmaq və Avropa iləı Asiya arasında birləşdirici körpü olmaq yolunu seçdi. Lakin regionda müstəqil siyasət yeritməyin hələ də o qədər asan olmadığı üzə çıxdı. Nəticədə biz ədalətsiz bir müharibəyə cəlb olunduq və müvəqqəti olaraq torpaqlarımızın 20 %-ni itirdik. SSRİ-nin varisi kimi Rusiyanın regionda təsiri hələ də böyükdür. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi keçmiş sovet ölkələrinin hər biri eyni ssenari üzrə eyni problemlə üzləşib. Ancaq mən inanıram ki, qloballaşma qarşısıalınmaz bir prosesdir və  heç bir qüvvə xalqları əmin-aman və xoşbəxt gələcək uğrunda öz səylərindən döndərə bilməz.  Mən əminəm ki, beynəlxalq birliklə sıx əməkdaşlıqda biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bütün regionun sülh şəraitində inkişafını təmin edəcəyik. Bu isə öz növbəsində bütövlükdə Avropada sabitliyə və təhlükəsizliyə xidmət edəcək.

Bencamin Foks: Təşəkkür edirəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Akif Çovdarovla birgə həbs olunan MTN-nin vəzifəli şəxsi azadlığa çıxıb 21 Noyabr 2019, 12:20 Binəqədidə YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub - FOTOLAR 21 Noyabr 2019, 12:13 Yol polisi sürücülərə müraciət etdi 21 Noyabr 2019, 12:06 Bakıda professor evində ölü tapıldı 21 Noyabr 2019, 11:58 Sarksiyan hakimiyyəti Paşinyana verməsindən PEŞMANDI: “Məni qınıyırlar ki...” 21 Noyabr 2019, 11:48 Məzunlar Azərbaycanı ABŞ-da uğurla təmsil edib 21 Noyabr 2019, 11:47 Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək 21 Noyabr 2019, 11:46  “Azərenerji” yeni sistem yaradır - VİDEO   21 Noyabr 2019, 11:43 “Bu yenilik QHT-Hökumət əməkdaşlığını və dialoqu daha da gücləndirəcək” - Azay Quliyev 21 Noyabr 2019, 11:35 Deputat hökuməti işıq limitinə yenidən baxmağa ÇAĞIRDI: “Buna əsaslar var!” 21 Noyabr 2019, 11:26 Azərbaycanda özəl dedektivlər hansı funksiyanı həyata keçirəcək? 21 Noyabr 2019, 11:25 ATƏT sədri Azərbaycana gəlir 21 Noyabr 2019, 11:20 “Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar” - Elmira Süleymanova 21 Noyabr 2019, 11:12 “Zatulinin açıqlamalarına rəsmi cavab verilməsə yaxşıdır” - Rasim Musabəyov 21 Noyabr 2019, 11:08 SSRİ-i niyə dağıldı? - Putinlə Qorbaçov POLEMİKAYA girdi 21 Noyabr 2019, 11:06 Şəhid adından istifadə edən dələduz AXTARILIR 21 Noyabr 2019, 11:00 “Paşinyana yaxşı suallar hazırlamışdıq” - Milanda azərbaycanlı tələbələrə İMKAN VERİLMƏYİB 21 Noyabr 2019, 10:56 Ermənilərə qarşı mübariz, müəmmalı şəkildə ölən hüquqşünas - DOSYE 21 Noyabr 2019, 10:40 Sabunçuda işığın kəsilməsinin səbəbi açıqlandı 21 Noyabr 2019, 10:30 Bakıda avtobus qəzası: 6 nəfər xəsarət aldı - YENİLƏNİB - FOTO 21 Noyabr 2019, 10:25 Bakıda bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 10:22 Bakıda iki uşağın üzərinə qaynar su töküldü 21 Noyabr 2019, 10:15 “Instagram” qaydalarını pozan tətbiq silindi 21 Noyabr 2019, 10:13 Fərman Salmanov adına təqaüd RƏSMİLƏŞDİ 21 Noyabr 2019, 10:04 General Yaşar Büyükanıt vəfat etdi 21 Noyabr 2019, 10:02 Təhsil Nazirliyinin İdarəetmə Qrupunun vəzifələri bilindi - QƏRAR 21 Noyabr 2019, 09:59 Rektor tələbələrə daha 10 tövsiyə verdi: “Tanrıya şükür edin” 21 Noyabr 2019, 09:47 Bakıda ana və iki azyaşlı uşağı dəm qazından ZƏHƏRLƏNDİ 21 Noyabr 2019, 09:44 Ombudsmanın mətbuat katibi işdən çıxdı 21 Noyabr 2019, 09:39 Ermənistan atəşkəsi 22 dəfə pozub 21 Noyabr 2019, 09:36 Çoxuşaqlı müğənnilər - Xuraman, Elnarə, Gülyanaq və digərləri...   21 Noyabr 2019, 09:21 Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “Seçki DUELİ” 21 Noyabr 2019, 08:37 Azərbaycanda ipoteka kreditləri: Kənarda qalanlar, güzəşt olunanlar... 21 Noyabr 2019, 08:29 Fərid Şəfiyev: Dağlıq Qarabağ ermənilərin son arzusu deyil 21 Noyabr 2019, 08:25 Yeni Azərbaycan Partiyası 27 yaşına çatdı 21 Noyabr 2019, 08:18