Arxiv
24 May 2018, 04:00 | MÜSAHİBƏ
Türkiyədəki azərbaycanlıların Fuad Muradovdan böyük gözləntiləri var - MÜSAHİBƏ

Türkiyə parlamentinə gedən yolda önü kəsilən azərbaycanlı danışdı: “Bizlərə qarşı olan tərəddüdlü münasibəti qıra bilmədik”

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində Böyük Millət Məclisinə düşmək üçün namizədliyə iddiaçı olan azərbaycanlı Samir İsgəndər uğur qazana bilməyib. Həmyerlimiz Ankaradan hakim Ədalət və İnkişaf Partiyasının namizədliyə namizədi olub.

S.İsgəndərlə nə üçün namizəd ola bilməməsindən danışdıq, eləcə də, bir gündə keçiriləcək iki mühüm seçkidə təmsilçisi olduğu partiyanın və müxalifət düşərgəsinin şanslarını dəyərləndirdik.

 

- Samir bəy, ölkənizdə sizin namizədliyiniz maraqla izləyirdi. Təəssüf ki, alınmadı. Nə üçün namizəd ola bilmədiniz? Rəqiblər çox güclü idi?

 

– Öncəliklə bu sürəcdə mənə dəstək verən hər kəsə, özəlliklə də başda Fuad Muradov və Türkiyədəki səfirimiz Xəzər İbrahimov olmaqla, bütün hər kəsə təşəkkür etmək istəyirəm. İnşallah, bir sonrakında alınar deyə ümid edək. Nə üçün ola bilmədim sualınıza en doğru cavab budur, təəssüflər olsun ki, bizlərə qarşı olan tərəddüdlü münasibəti qıra bilmədik cavabı ən doğrusu olardı. Əslində güclü bunlar olar dediyimiz insanların heç biri siyahıda olmadı.

 

- Qardaş ölkədə iddianızın həyata keçməməsi hansı hisslər yaratdı? Namizəd olsaydınız qalib gəlmə imkanlarınız yüksək idi?

 

- Ən başda daha çox çalışmaq gərəkdiyini göstərdi və bir az da Türkiyənin özündən, Azərbaycanla bərabər Rusiya, Qazaxıstan, Özbəkistan və.s digər ölkələrdən dəstəkləri görməm və hiss etməm qürurla bərabər sevinc hissi də yaratdı. Əgər 5,6,7-ci sıraların birindən namizəd göstərilsəydim, qalib olardım. Namizədlikdə göstərildiyin sıra çox önəmlidir. 7 və ya ən pis halda 8-ci sıranı gözləyirdik, amma olmadı. Demək ki, qismət deyilmiş.

 

- Gələcək siyasi planlarınız nədir? Növbəti seçimlərdə yenə də namizədliyinizi verəcəksiniz?

 

- Bəli, burada siyasi planlarım və siyasət həyatım əslində dəyişməyə doğru yeni başladı və bu ilk ciddi addımımız oldu. Yolumuza başladığımız AK Partiya ilə davam edəcəyik. Növbəti seçimlərə daha ciddi hazırlaşacağıq. Bu seçimlərə bir növ hər kəs kimi hazırlıqsız girdik. İnşallah daha güclü bir şəkildə növbəti seçimləri qazanacağımıza inanıram. Həmçinin, inanıram ki, növbəti seçimlərdə en az 3-4 nəfər olacağıq.

31822988_474491736317549_7567063756518195200_n.jpg (77 KB)

 

- Heç şübhəsiz ki, Azərbaycanın ucqar rayonlarından biri olan Gədəbəydə doğulub, Türkiyə parlamentinə iddiaçı olmağa qədər irəliləmək böyük bir uğurdur. Bu nəticəni necə qazanmısınız? Siyasətə atıldığınız ilk anlardan bu günə qədər gəldiyiniz yolu necə qət etmisiniz?

 

- Həyatda hər şey öncə xəyal qurmaqla başlayar. Daha sonra isə bu xəyallara doğru risklər alaraq, qarşına çıxan zorluqlara rəğmən çox çalışmaqla başlar. Ən böyük maneələrdən biri də ilk gündən bu günə qədər bizlərə qarşı formalaşan şübhəli yanaşmalar oldu və olmağa da davam edir. Zorluqlarla dolu olmasına rəğmən inancımı itirməyərək, böyük bir yol qət edərək, çox şükür ki, bu günlərə qədər gəlib çıxa bildik.

 

- Namizəd ola bilməsəniz də, Türkiyədəki prezident və parlament seçkiləri ilə bağlı gedən prosesləri necə dəyərləndirərdiniz? Bu sualın cavabını AKP-çi kimi deyil, Türkiyədə yaşayan və prosesləri öz gözü ilə görüb, obyektiv qiymətləndirən azərbaycanlı kimi istəyirik...

 

- Hazırda Türkiyədəki proseslər çox qəlizdir. Demək olar ki, heç də yaxşı istiqamətə getmir. Xarici qüvvələrin Türkiyə üzərində planladığı o qədər çox oyun var ki... Xainlər iş başındadır, açıqdan və gizlidən güclü bir iş gedir. Amma inanıram ki, Rəcəb Tayyib Ərdoğan ən başda Allahın yardımı ilə bu günə qədər olduğu kimi, bütün oyunları pozacaq və prezident seçkilərində ilk turda bu işi bitirərək açıq bir fərqlə qalib gələcək. Bunun əsas səbəblərindən biri də, prezidentliyə namizədlərin heç birinin əslində ciddi rəqib sayılmaması ilə bərabər, müxaliflərin öz aralarındakı anlaşılmamazlıqları və hörmətsizlikləri də göstərmək olar. Təəssüf ki, parlament seçkiləri ilə bağlı eyni şeyləri demək bir az çətindir. Prezident seçkilərində birləşə bilməyən müxalifət parlament seçkilərində birləşdi. Parlament seçkilərinin taleyini 1 aylıq seçki prosesləri müəyyən edəcək. Amma bu parlament seçkilərində AKP bütün gücünü ortaya qoyub.

 

- Təmsilçisi olduğunuz hakim partiyanın hər iki seçkini qazanmaq imkanları böyükdür? Əgər bir seçkini AKP qazanarsa, uduzacağı seçki hansı olacaq? Ən əsası, partiyanızın hökuməti təkbaşına formalaşdırmaq imkanları nə qədərdir?

32416444_478892839210772_2606829713112432640_o.jpg (81 KB)


- Hər iki seçkini qazanmaq imkanı böyük olsa da, parlament seçkilərinin bir az riskləri mənə görə vardır. Çünki çox insan var ki, prezident seçkilərində qərarları qəti olsa da, parlamentdə tərəddüd içərisindədilər. Ona uduzmaq deməyək. AKP-nin hədəflədiyi səsi parlament seçkilərində ala bilməmə ehtimalı az da olsa var. Prezident seçkilərində böyük fərqlə səs alınma səbəbi də xalqın Ərdoğana olan sevgisidir. Yeni sistemlə hökuməti prezident təkbaşına formalaşdıracaq. Köhnə sistemdə bütün nazirlər yalnızca millət vəkillərindən seçilərək təyin edilirdi, amma yeni sistemdə elə deyil, birbaşa nazirləri prezident özü xaricdən yeni millət vəkili olmayanlardan təyin edir. Parlamentdə tərəflərdən birinin 300 millət vəkilini almaması durumunda yenidən qısa zamanda bir daha millət vəkili seçkiləri gözləmək olar. İnanıram ki, AK Parti hər iki seçkiləri də qazanacaq. 

 

- Günlər öncə keçirilən sorğuda prezident seçkilərində ikinci tur olacağı ehtimalları böyük göründü. Təkcə CHP namizədi Məhərrəm İncə və İyi Partiyanın namizədi Meral Akşenerin toplam səsi hazırkı prezidentdən bir faiz yüksək oldu. İkinci tur olarsa hansı namizədin qələbə imkanlarını yüksək görürsünüz? Ərdoğan uduzarsa Akşenərə yoxsa İncəyə uduzacaq, yəni müxalif namizədlərdən İncə yoxsa Akşener ikinci yeri tutacaq?

 

- Açığı, mən o tip sorğuların səmimiyyətinə inanmıram. Həqiqətən də Türkiyə xalqı Ərdoğanı çox sevir. Bunun səbəblərindn biri də, daim xalqdan biri olması oldu. Mənə görə bu və ya digər səbəblərdən dolayı Ərdoğan seçkiləri ilk turda qazanacaq. Dediyiniz ikinci tur ehtimalı belə məncə yoxdur, o zaman qarşıda kimin, hansı namizədin olmasından asılı olmayaraq, Ərdoğan qazanacaq. Çünki Türkiyə insanı artıq nəyin nə olduğunu çox gözəl bilir, anlayır.  

 

- Prezidentliyi Ərdoğan qazanarsa, parlamenti uduzarsa, Türkiyəni nələr gözləyir?

 

- Prezidentliyi Rəcəb Tayyib Ərdoğan qazanarsa və dediyiniz kimi parlamenti uduzarsa, ilk öncə qardaş ölkəni qalmaqallarla dolu bir sürəc gözləyir. Bunun ardından da Türkiyəni 2019-cu il də yenidən seçkilər gözləyəcək. İqtisadiyyat daha da pis duruma gələcək və bundan da istifadə etmək istəyən qüvvələr xaos ortamını yaratmağa çalışacaqdır. Qısacası, parlament uduzularsa, Türkiyəni xaos, qalmaqallarla dolu günlər və ardından da yeni bir seçkilər gözləyir.

31890808_474909972942392_3101475457300692992_n.jpg (79 KB)

 

- Son sualım, müşahidələriniz nə deyir, Türkiyədə seçkilərin taleyinə hansı partiya təsir göstərəcək; İyi Partiya, HDP, Səadət partiyası yoxsa Vətən?

 

- Bu partiyalardan heç biri seçkilərin taleyini həll edə biləcək gücə malik deyillər. İyi Parti güclü görünsə də, altı boş bir partiyadır, yetəri qədər təşkilatlanma yoxdur. HDP isə artıq kürdlərin içində çox böyük bir nüfuz itkisinə məruz qaldığından barajı belə keçə biləcəyini düşünmürəm. Səadət də CHP-nin önə verdiyi bir partiyadır, yetərincə gücə, nüfuza malik deyil və son dönəmlərdə duruşunu itirdiyinden daha çox nüfuz itirdi. Vətən partiyası da hər zaman tərəfsiz görsənsə də, zor zamanlarda Doğu Perinçəkin Ərdoğanı açıqdan və ya gizlidən dəstəklədiyini görmək zor deyil. Türkiyədə yaşayan azərbaycanlılar hansı partiyada olmalarından asılı olmayaraq, sözdə deyil, əməldə birlik nümayiş etdirməlidirlər. Bu yolda da Azərbaycan dövlətinin və hökumətinin ciddi dəstəyi olmalıdır. İnanıram ki, təşkilatlanma baxımından Fuad Muradov gözəl işlər görəcək. Həqiqi Azərbaycan dövləti üçün çalışmaq istəyi ilə siyasi düşüncəsindən asılı olmayaraq, hər kəsə qucaq açaraq dəstək verəcək. Düzü, 10 ildən çoxdur ki, yaxından tanıdığım Fuad Muradovdan da ancaq onu gözləyirəm. Ən çox hazırda ehtiyacımız olan şey sözdə deyil, əməldə birlikdir. Bizlər dövlətimizi, hakimiyyəti tənqid etməzdən öncə bir özümüzü tənqid edək. Təəssüf ki, Türkiyədə yaşayan azərbaycanlıların ən böyük problemi bir ola bilməmələridir. Çoxları özlərini tam unudaraq CHP-lidisə, AKP-çidən, və ya AK Partiyadandırsa, CHP-lidən uzaq durur. Onlar unudurlar ki, Azərbaycanda hamımız eyniyik. Ən adi facebook qruplarında diaspora fəaliyyəti ilə ''məşğul'' olanlar arasında birlik yoxdur. Niyə bu qruplardan “Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəsmi paylaşıldı” deyib çıxan gerilikçi bir düşüncə var? Yaşından asılı olmayaraq, bu tip insanlara sadəcə mən tək ad deyərdim, erməni kölələri. Çünki sevərsən, sevməzsən, bu ayrı bir şeydir, amma önəmli olan, unutduqları bir şey var ki, Ərdoğan Türkiyənin, İlham Əliyev də Azərbaycanımızın prezidentidir. Bu iki şəxsiyyəti təhqir edənlər əslində özlərini təhqir etmiş olurlar. Kimsə kimsəyi sevməyə bilər, sevməyə məcbur da deyil, amma hörmət göstərməyə məcburdur. (“Yeni Müsavat”)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada  bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30 Beş ayda dəmir yolu nəqliyyatı ilə 1,27 milyard dollarlıq yük daşınıb   17 İyun 2019, 11:29 Lənkəran çayından kişi meyiti tapılıb   17 İyun 2019, 11:07 Bədbəxt varislər - Bir ailənin FACİƏSİ 17 İyun 2019, 10:56 Astarada çətənə yetişdirən ailə saxlanıldı 17 İyun 2019, 10:52 Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02