Arxiv
25 Dekabr 2018, 12:56 | ƏDƏBİYYAT
Qara Mustafayevin AFORİZMLƏRİ  

Bu gün böyük təbiətşünas alim, görkəmli elm fədaisi, Bakı Dövlət Universitetinin kafedra müdiri və Fəxri Professoru, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvi, “Şöhrət” ordenli Qara Teyfur oğlu Mustafayevin... yaşasaydı 87 yaşı tamam olacaqdı. Bizimlə Onu cəmi 88 gün ayırır. Az qala 3 aya yaxındır ki, aramızda yoxdur. Fəqət xalqına, dövlətinə, Azərbaycan elminə misilsiz xidmətləri ilə əbədi olaraq təkcə təbiətsevərlərin və təbiətşünasların deyil, hər kəsin – Onun, Sənin, Mənim... sadəcə, Bizim, şəksiz Hamımızın Qara müəllimi olan bu böyük şəxsiyyətin, gerçəkdən bir elm fədaisinin, təbiət aşıqının doğum günüdür dekabrın 25-i.

Cari ildən başlayaraq, Qara müəllimi özü olmadan anacaq, şirinliklə xatırlayacağıq. Onun elmə verdiyi töhfələr, Ana Təbiətin stabilliyi, qorunması, gələcək nəsillərə olduğu təki ötürülməsi sahəsində məqsədyönlü fəaliyyəti zaman-zaman deyiləcək, örnək gətiriləcək. Bəlkə buna görədir ki, yetirmələri, əməkdaşları, tanınmış elm adamları onun haqqında ürəkdolusu, səmimi etiraflarla danışmaqdan doymurlar. 

Zəruri qeyd: Professor Q.Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olmuş, 1954-cü ildə ADU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1958-ci ildə elmlər namizədi, 1985 - ci ildə elmlər doktoru alimlik dərəcələrini, daha sonra professor elmi adını almışdır. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda işləmiş, 1960-cı ildən isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fəaliyyət göstərməyə başlamışdır. Bu elm və təhsil ocağında baş müəllim, dosent, dekan müavini, dekan vəzifələrində çalışmış, 1992-ci ildən BDU-da “Onurğalılar zoologiyası və bioekologiya” (hazırda “Onurğalılar zoologiyası”) kafedrasının müdiri olmuşdur. Elmdə və təhsildəki xidmətlərinə görə 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunan Qara müəllim çoxlu sayda elmi və tədris-metodiki işin, yüzlərlə məqalə, onlarla monoqrafiya, dərslik və dərs vəsaitlərinin, telefilmlərin müəllifi kimi tanınırdı. Bu müddət ərzində 10-dan artıq elmlər namizədi və elmlər doktoru yetişdirmiş, 18 yeni elmi konsepsiya irəli sürmüşdü. 20-dən çox ölkədə keçirilmiş 60-dan çox Beynəlxalq və Respublika səviyyəli konfranslarda Azərbaycanı ləyaqətlə təmsil edən Qara müəlim bir sıra beynəlxalq və dövlət əhəmiyyətli proqram və layihələrdə də uğurla iştirak etmişdir.

Müasir Azərbaycan ekologiyasının öyrənilməsində professor Qara Mustafayevin müstəsna xidmətləri olmuşdur. O, konkret ərazidə və ya landşaftda müəyyən sahə vahidinə düşən quşları saymaqla Azərbaycanın ekologiyasına ilk dəfə obyektiv metod gətirdi, konkret təbii rayonun heyvanlar aləmini səciyyələndirmək üçün “Ornitofaunanın keyfiyyət və kəmiyyətinin kompleks landşaft-ekoloji təhlili” konsepsiyasını irəli sürdü. Eyni zamanda Q.Mustafayev Azərbaycanın ekoloji rayonlaşdırılmasını aparmaqla “Bioloji rayonlaşdırmanın prinsipləri” konsepsiyasıni yaratdı. Alim tərəfindən antropogen faktorların quşlara təsiri hərtərəfli tədqiq edildikdən sonra onların keyfiyyəti və kəmiyyətilə yaşama yerinin antropogen təkamülü arasında əlaqələr açılmış, “Faunanın keyfiyyəti və kəmiyyəti ilə yaşama yerinin antropogen təkamülü arasında paralelizm” adlı orjinal bir konsepsiya yaranmışdır. Onun bu ideyası heyvanların yaşama yerinin antropogen transformasiyasının onlara təsirini düzgün proqnozlaşdırmaq üçün praktik əhəmiyyət kəsb edir. 

Xüsusi olaraq, qeyd etmək lazımdır ki, Q.T.Mustafayev sinekoloji tədqiqatlar nəticəsində “Biotik əlaqələrin üçbucaqlı-qoşaxətli forması” adlı ekoloji qanun kəşf etmiş və bu qanunun tərkib hissəsi kimi “Quru sahə heyvanlrının obyektiv qida xarakteri şkalası”nı, heyvanların sinantroplaşma prosesinin mərhələlərini müəyyən etməkdən ötrü ilk dəfə “Sinantroplaşma şkalası”nı yaratmağa nail olmuşdur. Yeri gəlmişkən, Q.T.Mustafayevin insanın ekologiyası ilə əlaqədar “Sivilləşmənin pozitiv və neqativ göstəriciləri” adlı yeni konsepsiyası hər kəsin özünü düzgün dərk etməsinə yönəldildilib.

Qara müəllimin Azərbaycanda ekologiyanın kütləviləşməsi istiqamətində gördüyü işlər misilsizdir. Xüsusilə, yaşlı və orta yaşlı nəslin məmnunluqla xatırladığı “Təbiətsevənlər” verilişi (mərhum professor Mirəli Axundovla birgə) onun ən böyük uğurlarından biridir. O, bu fəaliyyətini sonralar da yetirmələri və əməkdaşları ilə birlikdə, yaxud fərdi şəkildə, həm televizya verilişlərində, həm də mətbuat səhifələrində davam etdirmişdir. Ekologiyanın digər elmlərə inteqrasiyası onu daha çox düşündürən problemlərdən idi. Alimin ekologiyadan öncəki “ekologiya” ilə bağlı apardığı tədqiqatlar isə ölkəmizdə əhalinin ən qədim dövrlərdən indiyədək ətraf mühitə münasibətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. O, şübhəsiz, bir vətəndaş alim kimi hər iki sahədə davamçılarını yetirməklə də ekologiya elminə öz böyük töhfəsini vermiş oldu. 

Ruhun Var Olsun, USTAD!
Doğum Günün MÜBARƏK!


QARA MÜƏLLİMDƏN AFORİZMLƏR

*Təbiətə gəzib-yörulub çəmənlikdə dincəlmək qədər şirin istirahət tapmaq çətindir.
*Təbiəti oxumaq kitab oxumaq deyilmiş.
*Körpə uşaq qoxusunun zəriflik zirvəsi hamını insanığa səsləyir
*Gülü qəbbul etmək asan, onu qəbul etmək çətindir
*70 illik yubiley daha çox işləməyə səsləyir.
*80 yaşın hesabatı vaxt büdcəsindən daha çox səmərəli istifadə tələb edir.
*Təbiəti öyrənən eyni zamanda özünü öyrənmiş olur. 
*Dərslik yazmaq hər cümlənin müzakirəsini tələb edir.
*İnsan yaşlandıqca çoxdüşünür.
*Nadir heyvanlara kömək etmək yeni bilik və bacarıqdan asılıdır.
*Yaşlı insanın təbiətdə elmi axtarışı köməksiz çətindir.
*Orta məktəbin fəxri professoru diplomu ali məktəbin eyni mükafatına bərabərdir.
*Şöhrət sahibi olmaq məsuliyyətdir.
*Elm üçün işləyib, xalq üçün yaşamaq istəyirəm.
* Xalqa xidmət etməyən elm - cəfəngiyyatdır!


TƏBİƏT ARXAYIN OLSUN!

Bəşərin dağıdan vaxtına düşüb,
Durulmur səhərin ovqatı bir az.
Yaratmaq, yaşatmaq bəxtinə düşüb,
İdraklı, inamlı insan yorulmaz.

Təbiət versə də gücü, qüdrəti,
Təbiət qayğısın çəkən olmayıb.
Hamı yıxan olub, uçuran olub,
Bir ağac basdıran, əkən olmayıb.

İndisə car çəkir, haray salırıq:
“Ay aman, bu mühit çirklənib gedir”.
Guya ki, ayılıb qeydə qalırıq,
“ Təbiət məhv olub, tükənib gedir”...

Təbiət qorunmaz, yoxsa duyanı,
Qoruğa çevirsək dörd yanı belə.
Güneydə kəkliyi, düzdə ceyranı,
Meşədə maralı demirəm hələ.

Bəs kimdir günahkar; bizmi, zamanmı,
Baş-ayaq yazılan dərsliklər yoxsa?
Qurtuluş yolu var alim yazanı,
Alimtək öyrədib sevdirən olsa!

Zamanın bağrından sıyrılsan da sən,
Zamandan irəli yürüyə bildin.
Dolaşdı hər evi “Təbiətsevən”,
Azəri yurdunu bürüyə bildin.

Bax, sevir fəhlə də, alim də səni,
Dilində şirinlik, təbiilik var.
Gələcək xətrinə atıb dünəni,
Nadandır keçmişin topa tutanlar.

Minlərlə tələbə vüqarla, şəstlə
Bir qürur duyurlar söz açıb Sizdən.
Adınız çəkilir böyük izzətlə -
Baxıb öyrənirlər əməlinizdən.

Düşündü xəyalın, yaratdı əlin.
Hər izin aləmdə yeni çığırdı.
Örnəkdir hər işin, hər bir əməlin,
Gələn nəsilləri elmə çağırdı.


Ruhuna Sayğılarımla: Yusif DİRİLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05