Modern.az

Deputat Gənclər və idman komitəsinin İşlər planını AÇIQLADI

Deputat Gənclər və idman komitəsinin İşlər planını AÇIQLADI

18 Yanvar 2019, 15:19

“Yaz sessiyasının ilk komitə iclasında  “Gənclər siyasəti haqqında” qanun layihəsi birinici oxunuşda müzakirəyə çıxarılacaq”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Eldəniz Səlimov deyib.

Deputat bildirib ki, yeni qanun layihəsinin əsas mahiyyəti gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər sisteminin, habelə onların fəaliyyəti üçün konstitusion hüquqların, sosial və digər təminatların tənzimlənməsindən ibarətdir:

“Xüsusilə qeyd edim ki, yaz sessiyası müddətində Milli Məclisin Gənclər və idman komitəsinin İşlər planına uyğun olaraq əsas hədəfimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı sərəncamına uyğun olaraq gənclər sektorunda maarifləndirmə tədbirlərinin təşkili, gənclər və idman sahəsində dövlətlərarası orqanların Azərbaycanla bağlı fəaliyyətinə Komitənin cəlb olunmasının təmin edilməsidir.
Daha sonra 2 fevral Gənclər gününə həsr olunmuş ictimai dinləmə - fəal gənclər və gənclər təşkilatları ilə görüş, Xocalı soyqırımının 27 illiyinə həsr olunmuş ictimai dinləmə - fəal gənclər və gənclər təşkilatları ilə görüş, 5 Mart Bədən tərbiyəsi və idman gününə həsr olunmuş ictimai dinləmə - fəal idman klubları və federasiyaları ilə görüş keçiriləcək.  Eyni zamanda cənab Prezident İlham Əliyevin Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq idman və bədən tərbiyəsi sahəsində maarifləndirmə tədbirləri təşkili olacaqdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...