Arxiv
18 Yanvar 2019, 16:11 | AKTUAL
Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı

“Autizmdən, depresiyyadan əziyyət çəkənlərin sayı artır. Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb. Bu xəstəliyin daşıyıcısı olan insanların, uşaqların sayı ildən-ilə artmaqdadır. Bu, hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür”.  

 

Modern.az xəbər verir ki, bunu Milli Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva deyib.

 

Q.Paşayevanın sözlərinə görə, ailələr, valideynlər tərəfindən demək olar ki, hər gün ona və digər millət vəkillərinə bununla bağlı çoxsaylı müraciətlər daxil olur:

 

“Hər gün bununla bağlı müraciətlər alırıq. Bu, çox ciddi, təhlükəli bir hədd alıb. İnsanlar, valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Bu, adi bir xəstəlik deyil, böyük bir bəladır. Ona görə hesab edirəm ki, həm bu xəstəliklə bağlı ayrıca qanun layihəsinin hazırlanıb, qəbul olunmasına, həm də bu istiqamətdə ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var. Bu insanlara, autizmdən əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir”.

 

Komitə üzvü antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunub.

 

“Çox təəssüflər olsun ki, son illər antibiotiklərdən istifadə edənlərin sayı çoxalıb, xüsusilə də, uşaqlara daha çox antibiotiklər verilir. Özü də çox zaman heç bir həkim məsləhəti, həkim resepti olmadan insanlar, valideynlər istədikləri apteklərdən antibiotiklər alır və istifadə edirlər.

 

Daha çox da uşaqlara bu antibiotiklər verilir. Hesab edirəm ki, bu, çox təhlükəli və qorxulu bir məsələdir. Çünki bunlar gələcəkdə uşaqların eşitməsində, görməsində fəsadlar törədə bilər. Ona görə antibiotiklərin satışı, istifadəsi məsələsi ciddi diqqətə, nəzarətə alınmalıdır, bu məsələdə özbaşınalığa son qoyulmalıdır və həm də qanunvericiliyin müddəaları sərtləşdirilmlədir”.

 

Q. Paşayeva eyni zamanda cəmiyyətdə, insanlar arasında deprsessiya hallarının artmasından narahatlığını bildirib və bu məsələ ilə də bağlı ictimai dinləmələrin keçirilməsinin vacibliyini sözlərinə əlavə edib.

 

Mail Ağaxanov

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:14 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozaran dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40 100-ə yaxın şəhid və qazi ailəsinə psixoloji yardım göstərilib 28 Yanvar 2021, 13:34 Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edildi - VİDEO 28 Yanvar 2021, 13:28 ÜST-dən daha bir pandemiya XƏBƏRDARLIĞI 28 Yanvar 2021, 13:22 Şəhid anasının müraciəti yerində araşdırıldı - FOTO 28 Yanvar 2021, 13:16 Samux və Sabirabad sakinlərindən narkotik götürüldü 28 Yanvar 2021, 13:10 Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun işdən çıxarıldığını TƏSDİQLƏDİ 28 Yanvar 2021, 13:04 Bakıda mağazadan oğurluq edildi 28 Yanvar 2021, 12:58 Sabah hava necə olacaq? - PROQNOZ 28 Yanvar 2021, 12:52