Arxiv
30 Yanvar 2019, 16:32 | İQTİSADİYYAT
MTK-lar ləğv edilir... Bunun sonrası necə olacaq? - Mübahisəli MƏQAMLAR

Prezident İlham Əliyevin 16 yanvar 2019-cu il tarixində imzaladığı Fərmanla İnzbati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, məcəllədə mənzil qanunvericliyinin pozulmasına görə əlavə cərimələr tətbiq ediliməsi nəzərdə tutulub. Belə ki, MTK-lar bir ay müddətində ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməli və ya həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görməlidirlər.

 

Əks halda, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat cərimə ediləcək. Bunun üçün kooperativ binanın tikintisi tam başa çatmalı və həmin binada yaşayan sakinlərin 50%-dən çoxunun "kupçası" olmalıdır.

 

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev Modern.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiliklik irəliyə doğru atılmış addımdır:

 

“Doğrudur, bu dəyişiklik kifayət qədər çox və dərin olan problemləri kökündən həll etməyəcək. Çünki mənzillərdə yaşayan sakinlərin 50%-dən çoxunun "kupçası" olduğu təqdirdə, MTK-lar ləğv olunmalıdır və səlahiyyət bələdiyyələrə verilməlidir. Bələdiyyə də ya səlahiyyətləri öz əlinə alacaq, ya da hansısa kənar təşkilata ötürəcək. Ona görə də bu, uzun prosesdir. Vətəndaşların MTK-lardan olan narazılıqları baxımından müsbətə doğru dəyişikliklər gözlənilir. Amma digər tərəfdən, sakinlər məsuliyyəti öz üzərlərinə də götürmək istəmirlər. Çoxmənzilli binada yaşayan insan rahatlıq istəyir. Yəni kimsə təşkilatı işlərə vaxt sərf etmək, ora-bura qaçmaq istəmir”.

 

R.Əliyev bunu nəzərə alaraq, 90 faiz hallarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmayacağı qənaətindədir:

 

“Bu cür təşkilatların yaradılması özü də xərc tələb edir. Ora kimsə təyin olunmalıdır, idarəetmə xərcləri nəzərə alınmalı, hesabatlar verilməlidir. Bu baxımdan MTK-lar ləğv olunduqdan sonra MMMC-lər yaradılmayacaq, idarəetmə kənar təşkilatlara ötürüləcək. Bu məqamda bələdiyyələr bu yükü qaldırmağa hazır olacaqlarmı? Bax bu sualın cavabı açıq qalır. Eyni zamanda, “navastroykalar”ın idarə edilməsi üçün çox sayda, kiçik şirkətlərin yaradılması gündəmdə olacaq. Bakı üzrə on minlərlə çoxmərtəbəli bina inşa olunub. Hazırda bələdiyyələr onlar üzrə təşkilati işlərin aparılması iqtidarında deyillər.

 

Qanunda MTK-ların qeyri-kommersiya qurumu olduğu göstərilir. Əslində isə MTK-lar biznes qurumlardır. MTK strukturu sadəcə bu biznes qurumunun üzərinə çəkilmiş “pərdə” rolunu oynayır”.

 

Ekspert hesab edir ki, qanun pozuntusuna görə cərimələr kifayət qədər sərt deyil:

 

“2000-3000 manatlıq cərimə milyonlarla manatlıq binanın idarəedicisi üçün çox cüzi məbləğdir. Nəzərə alaq ki, hələ tikilməkdə olan binalarda mənzil sahibi olmuş vətəndaşlara “kupça” verilmir. “Kupça” isə bina tam hazır olanda təhvil verilməlidir. Yaxşı, MTK-lar ləğv olunsa, bunun sonrası necə olacaq? Burada mübahisəli məqamlar olduqca çoxdur. Yəni bu dəyişikliklərlə problemlər həll olunmayacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Prokurorluqdan vəzifəli şəxslərlə bağlı xəbərə REAKSİYA 20 Noyabr 2019, 15:05 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşəcək 20 Noyabr 2019, 15:04 İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı 20 Noyabr 2019, 14:59 Pərviz Şahbazov ABŞ-a gedib 20 Noyabr 2019, 14:54 Ölkədə muzdla işləyənlərin orta aylıq maaşında artım var 20 Noyabr 2019, 14:43 Azərbaycanda benzin istehsalı artıb - RƏSMİ   20 Noyabr 2019, 14:37 Əhalinin banklardakı əmanətlərinin MƏBLƏĞİ 20 Noyabr 2019, 14:30 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 20 Noyabr 2019, 14:23 İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəticəsini necə tapıb Bakıya GƏTİRDİ... 20 Noyabr 2019, 14:16 Azərbaycanda bahalaşma - RƏQƏMLƏR 20 Noyabr 2019, 14:10 Prezident Beynəlxalq Türk Akademiyasının işinə qiymət verdi 20 Noyabr 2019, 14:04 Prezident iki icra başçısının yerini dəyişdi - SƏRƏNCAM  20 Noyabr 2019, 13:46 Hitlerin doğulduğu ev polis məntəqəsi olacaq 20 Noyabr 2019, 13:45 Bələdiyyə üzvlüyünə namizədlər RƏQƏMDƏ 20 Noyabr 2019, 13:43 AÇ-2020-yə vəsiqə qazanan 20 komanda - SİYAHI 20 Noyabr 2019, 13:38 Musa Quliyev “Şərəf” medalı ilə təltif olundu - FOTO 20 Noyabr 2019, 13:31 İvanişvili 140 milyon dollar İTİRDİ: “Heç vəhşi Rusiyada belə şey olmurdu” 20 Noyabr 2019, 13:25 Qərbi Kaspi Universiteti Prezidentə müraciət edən qadının nəvəsini tanımadı 20 Noyabr 2019, 13:20 Sabahın hava PROQNOZU - Bakıya yağış, rayonlara sulu qar 20 Noyabr 2019, 13:12 Balakəndə narkobaron saxlanıldı - FOTO 20 Noyabr 2019, 13:11 Əfqanıstanda 13 hərbçi güllələndi 20 Noyabr 2019, 13:06 Xaçmaz və Şəkidə 5000 ton toxum emal olunub 20 Noyabr 2019, 12:58 Bələdiyyə seçkilərini müşahidə edəcək beynəlxalq qurumların sayı AÇIQLANDI 20 Noyabr 2019, 12:51 Bakıda qadına əvvəlcə kömək etdi, sonra da pulunu oğurladı - FOTO 20 Noyabr 2019, 12:49 Morlaes yenidən Boliviya prezidenti olmaq istəyir 20 Noyabr 2019, 12:42 Bakıda avtomobillərin parklanması PULSUZDUR - BNA-dan AÇIQLAMA 20 Noyabr 2019, 12:35 8-ci km bazarında əhaliyə iyrənc ət satılırmış - Agentlik reyd keçirib - FOTOLAR 20 Noyabr 2019, 12:29 “Elə bir molladır...” – Xalq artisti gənclərin saqqalından GİLEYLƏNDİ 20 Noyabr 2019, 12:24 DİN əməliyyat keçirib - Külli miqdarda narkotik götürülüb 20 Noyabr 2019, 12:19 BMU-da “Qızıl Payız” tətil proqramı təşkil olunub - FOTO 20 Noyabr 2019, 12:13 “BANM tədris sistemi və infrastrukturu ilə müasir təhsil ocaqlarından biridir” - Səfir 20 Noyabr 2019, 12:10 20 NOYABR – Qarakəndin qara səması... 20 Noyabr 2019, 12:08 Professor Əfqan Abdullayevə Təhsil Nazirliyində vəzifə verildi 20 Noyabr 2019, 12:07 Nazirlik daha 50 ailəyə mənzil verdi 20 Noyabr 2019, 12:06 Mikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinə sədrlik edəcək 20 Noyabr 2019, 12:02