Arxiv
11 Fervral 2019, 17:02 | MƏDƏNİYYƏT
Dədə Qorqud siqar çəkir? - Bir rəsmin doğurduğu REZONANS  

Xalq dastanının qəhrəmanı Dədə Qorqudun 5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyinin üz qabığında təsvir olunmuş şəkli sosial şəbəkələrdə ciddi səs-küy yaradıb. Məsələ burasındadır ki, həmin şəkildə sol əlinin barmaqlarını çənəsinə tutan Dədə Qorqud sanki siqaret, ya da siqar şəkirmiş kimi baxır.

Sosial şəbəkə istifadəçiləri Dədə Qorqudun həmin rəsmini tənqid atəşinə tutublar. Və buna görə əsərin müəllifi qınağa tuş gəlib.

Modern.az saytı məsələnin rezonansını nəzərə alaraq, dərsliyi çap edən “Təhsil NP” MMC ilə əlaqə saxlayıb.

“Təhsil NP” nəşriyyatından Modern.az-ın sorğusuna cavab olaraq narazılığa aşağıdakı kimi reaksiya verilib:

“5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyinin üz qabığında xaqımızın qürur mənbəyi, ədəbiyyatımızın qədim və dəyərli yazılı abidəsi olan “Dədə Qorqud dastanları”nın baş qəhrəmanı Dədə Qorqudun obrazını əks etdirən əsər təqdim olunub. Bu əsərin müəllifi Azərbaycanın Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Altay Hacıyevdir. O, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin rənglərdə canlanan obrazlarını yaradıb, onlara “Xalqımızın ulduzları” adını verib. Bu rəsmlər uzun illər müxtəlif nüfuzlu sərgi salonlarında nümayiş etdirilib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bu mənada Azərbaycanımızı, onun qəhrəman keçmişini tanıtdıran və təbliğ edən sənətkarlar arasında Altay Hacıyevin adı xüsusi hörmət və ehtiramla çəkilir”.

Nəşriyyat-dan bildirilib ki, əsərin müəllifi iradların absurd olduğunu deyir:

“Təsadüfi deyil ki, dərsliyin içərisində də yeri gəldikcə, Altay Hacıyevin yaradıcılığına müraciət edilib. Dərsliyin üz qabığının tərtibatı özündə dərin bir məna yükü daşıyır. “Kitabi-Dədə Qorqud dastanları” xalqımızın tarixinin, mədəniyyətinin qədimliyini sübut edən ən tutarlı dəlillərdən biridir. Çox təəssüf doğuran haldır ki, sənətşünaslar tərəfindən yüksək qiymətləndirilən bu əsər haqqında gülünc iradlar eşidirik. Məlumdur ki, Dədə Qorqudun yaşadığı tarixi dövr və məkanda tütün məmulatından istifadə edilməyib, ümumiyyətlə, tütün Avropaya ilk dəfə XVI əsrdə Amerika qitəsindən gətirilib. Əsərin müəllifi də bu cür iradların absurd olduğunu söyləyib”.

Rəssam Altay Hacıyev 1931-ci ildə dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. 1962-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsüdür.

Rəssamın bir neçə fərdi sərgisi təşkil olunub. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilib.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Altay Hacıyev yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf edib. Neçə-neçə kitaba bədii tərtibat verib, bir çox əsərlərə illüstrasiyalar çəkib.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
100 kiloqram yararsız ətin satılmasının qarşısı alındı 18 İyul 2019, 11:05 Ağcabədidə mexanizatorlar üçün təlim keçirilib   18 İyul 2019, 11:00 “Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir 18 İyul 2019, 10:59 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin şəxsi tərcüməçisi YAZIR 18 İyul 2019, 10:44 Nazirlik jurnalistləri Şəkiyə apardı 18 İyul 2019, 10:33 Gömrük Komitəsi iş adamının iddialarını TƏKZİB ETDİ 18 İyul 2019, 10:24 Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş rejimə keçir 18 İyul 2019, 10:15 Cəbhədəki sakitlik bitdi – Ermənistan iriçaplı silahları və snayperləri işə saldı 18 İyul 2019, 09:53 Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb 18 İyul 2019, 09:37 Məmur olmaq istəyənlər sınağa çəkilir 18 İyul 2019, 09:34 Vergilər Nazirliyi sosial reklam hazırladı - VİDEO 18 İyul 2019, 09:20 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA 18 İyul 2019, 09:03 Zaur Seyidzadə: “Tezliklə Aliment Fondu yaradılacaq” – MÜSAHİBƏ 18 İyul 2019, 08:58 Azərbaycan jurnalistikasının dörd “muşketyoru”... 18 İyul 2019, 08:45 Manat və dolların bugünkü məzənnəsi 18 İyul 2019, 08:45 Natalia Bourjali: “Bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir” 18 İyul 2019, 08:30 “Bakıxanovlara həmişə haqsızlıq ediblər” - Məşhur nəslin davamçısı 18 İyul 2019, 08:13 “Vahid Mustafayev çoxdan avtomobil idarə etmir” - ANS Şirkətlər Qrupundan saytlara ETİRAZ 18 İyul 2019, 07:41 Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşdı - Bütün NƏTİCƏLƏR 18 İyul 2019, 07:30 Türkiyənin F-35 proqramında iştirakında problem yaranır 18 İyul 2019, 01:00 “Neftçi”ni çətin oyun gözləyir 18 İyul 2019, 00:44 Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30