Modern.az

Bizi yaşadan da qidadır, öldürən də - Sürətli və pulsuz müalicə - Ərşad Əzimzadə YAZIR  

Bizi yaşadan da qidadır, öldürən də - Sürətli və pulsuz müalicə - Ərşad Əzimzadə YAZIR   

Ədəbi̇yyat

26 Fevral 2019, 11:20

Bir azdan qış yerini bahara verəcək. Biz qışdan zəyifləmiş halda çıxacağıq. Bu hal - bütün canlıların əsas qidası sayılan Günəş işığının və vitaminli qidaların az olması ilə bağlıdır. 
İnsan Təbiətin ayrılmaz təfkib hissəsi, kiçik bir zərrəsi olduğu üçün, ətrafımızda baş verən proses, yəni, Təbiətin oyanması və canlanması prosesi bizim cismimizdə və ruhumuzda tıkrarlanacaq. El arasında bu bu proses gedən vaxta "qan qaynıyan vaxt" deyirlər. Bəli, bahar Günəşinin təsiri altında qan təzələnməyə başlayır. 

Payız-qış aylarında Günəş işığı az olduğu üçün, insan orqanizmində mikroblar və bakteriyalar sürətlə artıb - törəyir, "sağlamlıq keşikçiləri" sayılan hüceyrələr isə zəyifləyir, qırılır, "müdafiə ordusunun" sıraları seyrəlir. Bu ordunun" sizin köməyinizə böyük ehtiyacı var. Mikrobları və bakteriyaları kütləvi şəkildə qırmaq - "orduya" göstərilən ən gözəl yardım olar. Düşməni necə qırmaq olar?

Məlumdur ki, mikrobların sevimli qidası - bədəndə yığılıb qalan ŞLAKDIR. O, həzmə getməyən, yığılıb bədəndə qalan ÖLÜ (bişmiş, duza və şəkərə qoyulmuş, rafinləşdirilmiş) qidaların çürüntüsüdür. Elə adamlar var ki, bədənində 20-30-40-50 kq və daha çox şlak gəzdirir. Belə bədəndə virus daşıyıcıları yaxşı qidalanır və daha böyük sürətlə artıb-törəyir. Kök adamların tez-tez xəstələnməsini bununla izah etmək lazımdır. 

Şlakdan təmizlənməyin ən sürətli və müftə üsulu aclıqla müalicədir. O, qısamüddətli (1-3-5-7-10 sutka) və uzunmüddətli 1(0-110 sutka) olur. Hər iki müddət faydalı və təhlükəsizdir. Bədənində şlak çox olan xəstələr (şəkərli diabet, vərəm və ağır ürək xəstələrindən başqa) ) uzunmüddətli aclıqdan istifadə etsələr - səmərə güclü olar.

Aclıqla müalicənin qaydaları sadədir, lakin ona əməl etmək zəruridir. 

Aclıq vaxtı bütün qidalardan imtina etmək, yalnız distilə edilmiş və ya qaynamış su içmək olar. Suyu nə qədər çox içsəniz - təmizlənmə bir o qədər sürətlə gedər. Suyu ilıq şəkildə və kiçik qurtumlarla için. Su qəbulunu saat 18-də dayandırın. 

Aclıq dövründə ayaqları isti saxlayın ağır işdən və idmandan imtina edin, açıq havada sakit gəzin. Gərginlik yaradan filmlərə və verilişlərə baxmayın, xoşlamadığınız adamlardan uzaq durun, gözəl mənzərələrə baxın, gözəl musiqilərə qulaq asın, xoş auralı insanlarla ünsüyət qurun. 

Açlıq dövründə xoşagəlməz hadisələr baş verə bilər - dərinin səpməsi, qaşınma, ishal, qusma, mədənin və ya başın ağrıması, əsəbilik və s. Narahatçılıq üçün əsas yoxdur - bədəndə yenidənqurma prosesi gedir. 

Bəzi adamlar aclığı noemal keçirir, lakin aclıqdan çıxmaq qaydalarına dəqiq əmıəl etmir. Bununla da, fayda əvəzinə, özünə zərər vurur. Zəyifləmiş bədəni dərhal güclü qidalarla yukləmək olmaz. İlk 3-5 gün ərzində meyvə tərəvəz şirələrinə su qatıb (50:50 ) gün ərzində ilıq şəkildə, qurtum-qurtum içmək lazımdır. Sonrakı 3-5 gün şirələri susuz qəbul etmək olar. Yalnız bundan sonra şirələrlə bərabər 2-3 dəfə tərəvəz salatı, gündə 1 dəfə 5-8 qoz (yaxud 10-15 badam, yaxud 10-15 fındıq) yemək olar. 

Menyuda ət, yağ, çörək, un məmulatları, şəkər, duz nə qədər az olsa - müalicənin səmərəsi bir o qədər çox olacaq. Ağır xəstələr uzunmüddətli aclıq keçirsələr effekt ala bilərlər. Özlərini sağlam sayanlar isə həftədə 1 sutka ac qalmaqla bədənlərini təmiz saxlaya bilərlər.

ALLAH HAMIYA ŞƏFA VERSİN !

Ərşad Əzimzadə-
"Ana Təbiət" NGM-nin rəhbəri
yazıçı-jurnalist

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu