Arxiv
14 mart 2019, 17:25 | TƏHSİL
Builki qəbul imtahanlarında ixtisaslar üzrə keçid balları belə olacaq - SİYAHI  

Bu ildən ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçiriləcək və imtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) olacaq. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.


Modern.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi (DİM) qarşıdakı ali məktəb imtahanlarına dair bəzi məlumatlara aydınlıq gətirib.


Ali məktəblərə qəbul zamanı xarici dil tələblərinə toxunan DİM bildirib ki, Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur.

“Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının I qrup ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və “Tərcümə (ingilis dili üzrə)” ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər”, - deyə bildirilib.


DİM bəyan edib ki, qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

Azərbaycan Respublikasının tam orta təhsil müəs­sisələrini cari ildə bitirən abituriyent birinci mərhələ üzrə imtahan vermir və onun buraxılış imtahanında əldə etdiyi nəticəsi qəbul imta­hanının birinci mərhələsinin nəticəsi kimi götürülür.


Builki ixtisas qrupları üzrə keçid balları haqda da məlumat açıqlanıb.

Keçid balları qruplar üzrə belə müəyyənləşdirilib:

I ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, 100-dən az olmayan abituriyentlər buraxılır;

II ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

III ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır;

IV ixtisas qrupu üzrə:
- Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır”.


İmtahanın birinci mərhələsi üzrə minimum bal məhdudiyyəti yoxdur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25