Modern.az

Mehriban Əliyeva şəhid zabitin ailəsinə yeni mənzil verdi

Mehriban Əliyeva şəhid zabitin ailəsinə yeni mənzil verdi

Reportaj

29 Mart 2019, 14:18

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə şəhid zabit Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.

Bu barədə Modern.az-a jurnalist Aida Eyvazlı məlumat verib.

Qeyd edək ki, polkovnik-leytenant Sənan Axundov 2016-cı il aprel döyüşlərində şəhid olub.

Onun ailəsinin “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı ilə məhkəmə işi vardı. Belə ki, tikinti maqnatının qaldırdığı iddia əsasında şəhid ailəsinin pulunu ödədiyi mənzili məhkəmə qərarı ilə əlindən alınmışdı. 


Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə bu gün yeni mənzil verilib.

Heydər Əliyev Fondunun nümayəndələri bu gün Nərimanov rayon İcra Hakimiyyətində şəhidin ailəsini qəbul edib. Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.

Xatırladaq ki, şəhidin hələ sağlığında hissə-hissə 53 min manat ödəyərək aldığı 50 kvadratmetrlik mənzil “Şərurlu İsfəndiyar”ın iddiası əsasında məhkəmə qərarı ilə əlindən alınıb. Bu məsələ dünəndən media vasitəsilə ictimailəşdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır