Arxiv
10 Aprel 2019, 16:36 | REPORTAJ
Dünyada intiharlar niyə “gəncləşir”? - Sosial şəbəkələr, zorakılıq, uğur tələbi, ümidsizlik…

İntihar hallarının artıb-azalması həmişə ictimaiyyətin diqqətində olub. Xüsusən, uşaqlar və yeniyetmələr arasında intiharlar hallarının artmasına münasibət öz həssaslığı ilə seçilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, intiharlar 15-29 yaş qrupundan olanlar arasında ən geniş yayılmış ölüm səbəbidir. Hesablamalar hər 40 saniyədən 1 nəfərin həyatına qəsd etdiyini ortaya qoyur.

Yaş qrupundan asılı olaraq intiharların müxtəlif səbəbələri ola bilər. Bu baxımdan Azərbnaycanda 14 yaşlı şagird Elina Hacıyevanın məktəbdə özünə qəsd etməsi ciddi rezonans doğurdu, Azərbaycan cəmiyyətinin diqqətini yerniyetmələr arasında intiharlar və bunu doğuran səbəblərə yönəltdi.


Belə intihar halları ilə tez-tez üzləşən ABŞ, Yaponiya və Avropa ölkələrində uşaq və yeniyetmə intiharında tez-tez təkrar olunan hallar, ümumi tendensiyalar seçilib. Bu tendensiyaalr içində aşağıdakılar xüsusilə seçilir:

- Kənardan gələn güclü qıcığa cavab olaraq, düşünülməmiş, impulsiv addmın atılması

- Kiməsə qarşı inciklik və etiraz, yaxud özünə diqqət cəlb ermək cəhdi

- Ailədaxili münaqişələr, zorakılıq və ayrılığın doğurduğu  stress situasiya

- Dərinə qədər nüfuz etmiş köməksizlik, ümidsizlik hissi, depressiya

- Dərman qəbulu nəticəsində psixiki pozğunluğun yaranması, antisosial davranış, depressiya və psixi pozğunluq

- Odlu silah satışının rahatlığı.

 

Sonuncu bəndə Azərbaycan reallığında çox nadir hallarda rast gəlindiyini nəzərə alaraq, digər səbəblərin kifayət qədər geniş yayıldığını söyləmək olar. Yuxarıdakı səbəblərdən savayı dünyada, həmçinin Azərbaycan cəmiyyətində qəbul olunmuş uğur təzyiqinin də rolu böyükdür. Belə ki, buraxılış imtahanları, ali məktəbə qəbul imtahanları ərəfəsində və xüsusən, imtahan nəticələri elan olunduqdan sonra intihar hallarında müəyyən artım müşahidə olunur. Ailə üzvlərinin, ətrafdakıların gözləntisini doğrulda bilməyən yeniyetmələr uğur pressinqi qarşısında öz daxili narahatlıqlarına, depressiyalarına məğlub olurlar.

Yaponiya, Cənubi Koreya və Kanada kimi yüksək təhsil sistemi olan ölkələrdə də qəbul imtahanlarının nəticəsi elan olunduqdan sonra intiharların sayı kəskin artır.

İnkişaf etmiş cəmiyyətlərdə azyaşlılar və yeniyetmələr arasında intiharların profilaktikası, onların qarşısını almaq üçün çoxlu səylər göstərilir.

Bu ölkələrdə intiharın əsas səbəbi kimi tələbkar məktəb qaydaları, həmyaşıdlar tərəfindən zorakılıq və psixoloji basqı, ailədaxilində qeyri-sağlam mühit, alkoqol və narkotik vasitələrdən istifadə və s.-ni göstərmək olar.

ABŞ-da uşaq və yeniyetmələr arasında intihar halları yüksələn xətt üzrə artır. Belə ki, 1999-cui ildə ölkədə 1352 yeniyetmə intihar edirdisə, 2006-cı ildə bu rəqəm 1240-a, 2014-cü ildə 1668-ə, 2018-ci ildə 1900-ə çatıb.

Bu ölkədə intiharların artmasında kiberməkanın da rolu az deyil. 2010-cu ilin yanvarında 15 yaşlı Fibi Prinskin özünü asaraq intihar etməsi ölkədə geniş rezonans doğurmuşdu. ABŞ-a İrlandiyadan köçən yeniyetmə qız məktəb yoldaşları ilə dostluq qura bilməmişdi. O, Twitter, Facebook və s. sosial messencerlərdən təhdid və hədələrə məruz qalmış, elektron məktublar, bloqlar vasitəsilə təhqir olunmuşdu. Həmyaşıdı olan telefon xuliqanlarının hücumlarından bezən Fibi Prins intihara əl atmışdı. Ona qədər internet üzərindən təqiblərdən bezən 11-17 yaş arasında olan Aleksis Pilkinqton, Meqan Mayer, Rayan Holliqan, Con Karmaykl və Karl Uoker də qısa intervalla intihar etmişdilər.

Elektron yazılaşmalar üzə çıxdıqdan sonra ABŞ-da uşaqları və gəncləri internet xuliqanlardan qorumaq üçün qanunverici aktların qəbuluna çağırışlar olmuşdu.

 

Yaponiya hakimiyyəti ölkə səviyyəsində intiharların qarşısını almaq üçün xüsusi proqram qəbul etsə də, belə hadisələr  yalnız yuxarı yaş qruplarında azalıb.

Hokkaydo Universitetinin araşdırmasılna görə, “gündoğan” ölkədə ibtidai sinifdə oxuyan şagirdlərin hər 12-dən 1-i, orta məktəbdə isə hər  4-dən 1-i depressiyadadır. Depressiv vəziyyət onları intihara sürükləyən amillərdən sayılır.

Yaponiyada son 30 ildə məktəblilər arasında intiharlar kəskin şəkildə artıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən, Yaponiyada intiharlar orta dünya göstəricisindən 60% çoxdur. Xüsusən azyaşlılar və yeniyetmələr arasında intihar halları ölkə rəhbərliyini ciddi narahat edən amillərdəndir.

Belə ki, 10-19 yaş qrupu arasında intihar əsas ölüm səbəbi hesab olunur.


Özbəkistanda
2018-ci ildə yeniyetmələr arasında intihar dalğası ciddi təşviş yaratmışdı. 2018-ci ilin ilk 4 ayında 153 yetkinlik yaşına çatmayan yeniyetmənin özünə qəsd etməsi ölkə rəhbərliyinin diqqətini bu problemə yönəltmişdi. 1999-cı ildə 18 yaşa qədər yeniyetmələr arasında intihar göstəricisi 200 olduğu halda, 2018-ci ildə bu rəqəm 2 dəfədən çox artaraq 420-yə çatmışdı.

Rusiya yeniyetmə intiharları ilə bağlı statistikaya görə dünyada ilk pillələrdə qərarlaşır. Bu ölkədə hər il ortlama 650-700 yeniyetmə intihar edərək həyatına son qoyur. İntihara cəhd sayını da bu statistikaya əlavə etsək, Rusiyada hər il 1500 gənc problemlərdən çıxış yolunu bu radikal addımda görür.

 

Mütəxəssislər də kiberməkanın uşaq və yeniyetmələr arasında intihar hallarının artmasına təsir göstərdiyini vurğulayırlar. İstər internet üzərindən təhqir və təqiblər, istərsə də müəyyən sosial şəbəkələrdə yeniyetmələr arasında geniş yayılmış intiharçı oyunlar özünə sui-qəsdlərin  artmasında rol oynayır. Rusiyada yaranan və internet üzərindən Azərbaycan da daxil olmaqla dünyaya yayılan “Mavi balina” oyunu xüsusilə təhlükə mənbəyidir.


Dünyadakı ümumi tendensiya intihar hallarının yeniyetmələr arasında artdığını, bunun adətən 1 yox, bir neçə səbəbin toplusundan baş verdiyi görünür. İntihar hallarının qarşını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsini tələb edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir şəklin tarixçəsi: İlham Əliyev Şuşada - FOTO  30 Oktyabr 2020, 09:25 Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək?.. 30 Oktyabr 2020, 09:06 Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü 30 Oktyabr 2020, 09:00 “Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:55 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23